DataLife Engine / Xəzərin səviyyəsi niyə azalır?

Xəzərin səviyyəsi niyə azalır?



Xəzərin səviyyəsi niyə azalır?


Qapalı su hövzəsi olduğundan Xəzərin səviyyəsində periodik dəyişmələr mümkündür. Səviyyənin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır.

Tv 713. az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir:

“Beynəlxalq iqlim modellərinə görə Xəzər hövzəsində yağıntı rejiminin proqnozlaşdırılmasında kifayət qədər qeyri-müəyyənlik və uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən hazırda Xəzər dənizinin gələcək səviyyəsi ilə bağlı elmi əsası olan fikir söyləmək mümkün deyil”.

R.Səttarzadə qeyd edib ki, Xəzər dənizinin səviyyəsində hazırda müşahidə edilən enmə prosesi 1995-ci ildən müşahidə edilir.

1977-ci ildə Xəzərin səviyyəsinin XX əsrdə müşahidə olunmuş ən aşağı həddə çataraq -29 metrə qədər azaldığını deyən R.Səttarzadə qeyd edib ki, dənizdəki hazırkı səviyyə azalması 1977-ci ildən çox deyil.

Nazirlik rəsmisinin sözlərinə görə, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi -27,91 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

R.Səttarzadə əlavə edib ki, 1977-1995-ci illər ərzində suyun səviyyəsi 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb. Ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib. 2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb.

18-01-2021, 16:14
Вернуться назад