DataLife Engine / Vaksinlərin alınmasına nə qədər pul xərcləndi?

Vaksinlərin alınmasına nə qədər pul xərcləndi?


Vaksinlərin alınmasına nə qədər pul xərcləndi?


Koronavirusla Mübarizəyə Dəstək Fondundan COVID-19-a qarşı vaksinin alınmasına görə xərclənən vəsaitin məbləği məlum olub.

Tv 713. az xəbər verir ki, bu barədə Report-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

O bildirib ki, yanvarın 14-nə olan məlumata əsasən, COVID-19-a qarşı vaksinlərin alınması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondundan təqribən 46,1 milyon manat vəsait xərclənib.

Qeyd edək ki, Fonda indiyədək 114 268 840 manat ianə toplanıb.
19-01-2021, 12:56
Вернуться назад