20 Yanvar faciəsinin 31-ci ildönümündə Şəhidlər Xiyabanı memorial kompleksində anım tədbiri keçirilib.
AVMVİB Rəhbərliyi və müharibə veteranları izdihamlı bir axınla Şəhidlər Xiyabanına gedərək şəhid məzarlarını yad etmişlər. Müharibə veteranları şəhid məzarlarına tər qərənfillər düzüblər.
AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, biz rus-sovet faşizminin dəhşətlərini heç zaman unutmamalıyıq. Müharibə veteranları hər il olduğu kimi bu il də tədbirdə fəal iştirak edərək ziyarət üçün müəyyən olunan uzaq marşurutu piyada gəliblər.
Saat 12:00-da şəhərdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərasim iştirakçıları şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, onların ruhuna dualar oxuyublar.
Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş şəhidlərin xatirəsinə ucaldılan abidə də ziyarət olunub, önünə gül dəstələri düzülüb