DataLife Engine / Ermənilər növbəti dəfə Kəlbəcərə gedən maşın karvanının qabağını kəsdilər

Ermənilər növbəti dəfə Kəlbəcərə gedən maşın karvanının qabağını kəsdilər



Ermənilər növbəti dəfə Kəlbəcərə gedən maşın karvanının qabağını kəsdilər


Yəqin yadınızda qalıb. Bir neçə gün əvvəl Kəlbəcər rayonunun (keçmişdə Ağdərənin) Heyvalı ("Drmbon") kəndinin erməni sakinləri Azərbaycan maşın karvanınn qarşısını kəsib Rusiya sülhməramlıların generalına bildirmişdi ki, əgər Azərbaycan Kəlbəcər yolundan istifadə etməklə Vardenis istiqamətində dövlət sərhədini açmasa, Ağdərə yolundan Azərbaycan maşın karvanlarının istifadəsinin qarşıs alınacaq. Erməni gədələrin hədəsi keçərli oldu. Azərbaycan maşın karvanlarının hətta sülhməramlıların müşayəti ilə keçməsinə imkan verilmədi.

Azərbaycan bayrağı ilə, Azərbaycan dövlət nömrə nişanlı avtomobillərin hərəkətinə ermənilər imkan vermədi. Burda deyiblər ki, “dad yarımçıq əlindən”. Yarımçıq işin nəticəsi budur. Xankəndi bizim yarımçıq işimizdir və biz hələ də torpaqlarımızda sərbəst hərəkət edə bilmirik.

Yaranmış situasiyada ən böyük irad Rusiya sülhməramlılarına bildirilməlidir. Necə sülhməramlısan ki, bir mülki maşın karvanının təhlükəsizliyini təmin edə bilmirsən? Bilmirsənsə sənin burda nə işin var?
Azərbaycan tərəf bu hadisəyə sakit qalmamalıdır. Təcili Laçın dəhlizi istiqamətində dövlət sərhədinə nəzarət edəcəyini bildirib hərəkətə keçməlidir. Rusiya sülhməramlılarının heç bir iradı bu situasiyada qəbulolunan deyil. 27 illik atəşkəsdən - “gözü çıxmış qurd qardaşdan” ibrət götütülmədimi?

Ümid edirik ki, müzəffər ordunun Ali Baş Komandanı Dağlıq Qarabağda yaşanan xoşagəlməz olaylardan müfəssəl məlumatlıdır və dəmir yumruğu bir daha göstərməsə, nə separatçılar, nə onları sülhmərmalı yengələri ağıllanan deyil. Gözlər yalnız və yalnız onda...

29-01-2021, 21:42
Вернуться назад