Amerikalı alimlər son yarım əsrdə əhəmiyyətli miqdarda eynşteynium əldə ediblər ki, bu da onlara Mendeleyevin dövri sistem cədvəlində 99-cu yerdə yerləşən olduqca qeyri-sabit elementin kimyəvi və fiziki xüsusiyyətlərini təfsilatı ilə araşdırmağa imkan yaradıb.
Tv 713. az xəbər verir ki, bu barədə “Nature” jurnalında məlumat dərc edilib.
Berkli Kaliforniya Universitetinin dosenti Rebekka Aberqelin sözlərinə görə, aparılan tədqiqat zamanı eynşteyniumun kimyəvi və fiziki xüsusiyyətləri haqqında məlumat əldə etməklə, onlar aktinidlərin bütövlükdə özünü necə aparmasını tam şəkildə anlamağa daha çox yaxınlaşıblar. Bu vacibdir, çünki onların arasında elə elementlər var ki, fundamental elmi məsələlərin praktik tətbiqinə və həllinə eynşteyniumdan daha münasibdir.