Milli Kosmik Proqramı qütbləşdiriləcək bir məsələ deyil. Gördüyüm iki tərəf var: sevinənlər və gizli sevinənlər.
Tv 713. az xəbər verir ki, bunu Türkiyənin “Bayraqdar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Tvitter hesabında yazıb.
"Dostlar, gəlin dərindən nəfəs alaq və təmkinli olaq, düşünək", - Bayraqdar deyib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti R.T.Ərdoğan açıqlamasında 2023-cü ilin sonlarında milli və hibrid raketlə Aya çataraq sərt eniş həyata keçirəcəklərini bəyan edib.