DataLife Engine / Azərbaycanlı Londonun meri ola bilər

Azərbaycanlı Londonun meri ola bilər


Azərbaycanlı Londonun meri ola bilər



Britaniyada yaşayan Azərbaycan əsilli hüquqşünas Kamran Balayev Renev Partiyasından London meri seçkilərinə qatılacaq.

Tv 713.az xəbər verir ki, mayın 6-da keçiriləcək seçkilərdə həmyerlimizlə yanaşı 18 namizəd mübarizə aparacaq.

Kamran Balayev bildirib ki, əgər londonlular onu seçsələr, Silikon Vadisi ilə rəqabət aparmaq üçün lazımi potensiala sahib olan paytaxtın rəqəmsal iqtisadiyyatını inkişaf etdirməyə çalışacaq.

Qeyd edək ki, Kamran Balayev 1981-ci ildə Bakıda anadan olub. Kembric Universitetini və Londonun iqtisadiyyat və siyasi elmlər məktəbini bitirib. Həmyerlimiz insan hüquqları problemləri ilə məşğul olan Sərhədsiz Hüquqşünaslar Təşkilatının yaradıcısıdır
12-02-2021, 02:21
Вернуться назад