İşğaldan azad edilmiş ərazilərdəki məskunlaşdırma işi Hadrut və Şuşadan başlamalıdır”.
Tv 713. az xəbər verir ki, bunu öz açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Ekspert azad edilmiş ərazilərdəki son durumdan danışıb:
“İşğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi vaxt alacaq. Bu aydındır. Ancaq müxtəlif ölkələrin müasir texnologiyalarını tətbiq etməklə minaların təmizlənməsi prosesini sürətləndirmək mümkündür. İşğaldan azad olunmuş bölgələrə müasir texnoloji qurğular cəlb olunub. Əlbəttə, insan həyatı vacibdir. Ancaq minaların təmizlənməsi prosesini sürətləndirməklə bizim üçün vacib olan köçürülmə prosesini də sürətləndirmək imkanı qazanacağıq.