DataLife Engine / Koronavirusla bağlı ÜST-dən gizlədilən məlumatlar

Koronavirusla bağlı ÜST-dən gizlədilən məlumatlar


Koronavirusla bağlı ÜST-dən gizlədilən məlumatlar


Çin koronavirusla bağlı bəzi vacib məlumatları ÜST-dən gizlətdi
Çin koronavirusa erkən yoluxma haqqında fərdiləşdirilmiş informasiyanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Uhanda işləmiş ekspertlərinə verməkdən imtina edib.

Tv 713. az "report"a istinadla xəbər verir ki, bu barədə mütəxəssislərin fikirlərini əsas götürən “The Wall Street Journal” bildirib.

"Onlar bizə bir neçə nümunə verdilər, lakin bunlar standart epidemioloji tədqiqat üçün tələb olunanların hamısı deyil", - ÜST-ün mikrobioloqu Dominik Dvayer deyib.

“Mən aliməm və məlumatlara etibar edəcəm. Mən məlumatlara əsaslanan sənədli şəhadətnamələrə etibar edirəm, sadəcə kiminsə nəsə danışmasına etibar etmirəm” - Danimarka epidemioloqu Tea Fişer qeyd edib.

ÜST komandası üzvlərinin sözlərinə görə, Çin hakimiyyəti və alimləri onlara şəxsi tədqiqatları verib, bu halda Çin tərəfi əmin edib ki, virusun aşkarlanmasından daha əvvəl aylarla Uhanda COVID-19-a yoluxma halları qeydə almayıb.

Ancaq ÜST-ün ekspertlərinə bu tədqiqatların əsasını təşkil edən, virusun Çində nə qədər tez və intensiv yayılmağa başladığını əks etdirən məlumatlarla tanış olmağa imkan verilməyib.

Qeyd edilir ki, Çinin Milli Səhiyyə Komissiyası və Xarici İşlər Nazirliyi bu informasiyanı şərh etmək xahişinə cavab verməyib.
13-02-2021, 06:16
Вернуться назад