Pakistan hökuməti İraqın Qara bölgəsində 13 Türkiyə vətəndaşının qətlə yetirilməsindən dolayı rəsmi Ankaraya başsağlığı verib.
Tv 713. az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında PKK-nın törətdiyi bu vəhşilik sərt şəkildə qınanılıb.
“Pakistan terrorizmlə mübarizədə Türkiyə xalqı ilə sıx həmrəydir”, - deyə mesajda bildirilib.