DataLife Engine / Bu gündən tədris qismən bərpa olunur

Bu gündən tədris qismən bərpa olunur

Bu gündən tədris qismən bərpa olunur


Bu gündən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla bərpa olunur.

Tv 713.az xəbər verir ki, bu gün həmçinin xüsusi məktəblər (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla tədrisini davam etdirəcək.

Qeyd edək ki, fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub.
15-02-2021, 03:38
Вернуться назад