Rusiya ordusunun silahlanmasında olan demək olar ki, bütün silahlar müasir PUA-larla mübarizəyə yaramır.
Tv 713. az xəbər verir ki, bunu Donetsk separatçılarının keçmiş başçısı İqor Qirkin deyib.
Onun sözlərinə görə, bu silah növləri kifayət qədər böyük hava hədəfləri ilə mübarizə aparmaq üçün hazırlanıb:
“Yeni tip pilotsuz təyyarələrlə mübarizə üçün isə daha sadə texnika və vasitələrə ehtiyac var. Rusiya Silahlı Qüvvələri bu gün dronlar da daxil olmaqla, müasir texnologiyalardan çox geri qalır”.
Qirkinin fikrincə, Türkiyənin “Bayraqdar” PUA-ları Donbasdakı muzdluları ağır itkilərə məruz qoyacaq:
“Türklər artıq onlarla pilotsuz təyyarədən istifadə edir və onları ukraynalılara verirlər”.