DataLife Engine / Mənəvi, sosial və ekoloji soyqırımın növbəti ünvanı - YARDIMLI RAYONU, ALAR KƏNDİ

Mənəvi, sosial və ekoloji soyqırımın növbəti ünvanı - YARDIMLI RAYONU, ALAR KƏNDİ


Mənəvi, sosial və ekoloji soyqırımın növbəti ünvanı  - YARDIMLI RAYONU, ALAR KƏNDİ



Mənəvi, sosial və ekoloji fəlakətlə üz-üzə qoyulan kəndlərimizi haray səsi dəfələrlə aidiyyatı instansiyalara yönəlsə də, çox təəssüf ki, bu istiqamətdə əsaslı addımlar satılmır. Seçkiqabağı bu kəndlərdə şəkillər çəkdirib siyasətin moda müsahibəsinin nərmənazikləri kimi gözəl qoşulmağa çalışanlar da çox təəssüf ki, belə hallarda xalqın səsini eşitməz olurlar.
Yenə də həmin şikayətlər, yenə də həmin laqeydlik sırasından bu dəfə Yardımlı rayonunun Alar kəndinin sakinlərinin harayı ortalıqdadır.
Tv 713. az kənd sakinlərinin haray səslərinə səs verib problemlərin aradan qaldırılması üçün bu müraciəti aidiyyatı instansiyaların diqqətinə çatdırır.


"Yardımlı rayonunun ucqar və dağlar qoynunda yaddan çıxıb unudulan kəndlərimiz - Alar və Şıxhüseynli kəndlərimiz var. Çox qədim bir qəhramanlıq tarixi olan bu kəndlər bütün dövrlərdə baxımsızlıqdan problemlər içərisində yaşayıblar. Vətəndaşların qaldırdıqları problemlərə heç bir rəhbərlik məhəl qoymamış, onların haqq səsini həmişə müxtəlif yollarla susdurmuşlar. Hal hazırda da Alar və Şıxhüseynli kəndləri həmin həll olunmayan problemlərin ağrı acıları içərisində çapalayırlar. Haqq səsləri heç bir yerə çatmır ki, çatmır. Bu kəndlərimiz belə bir internet əsrində internet xidmətlərindən tam məhrumdurlar. Biz dəfələrlə Azərcel rəhbərliyinə və bütün instansiyalara şikayət ərizələri ilə müraciətlər etməyimizə baxmayaraq bizim səsimizə səs verən yoxdur.

Kəndlərimizin daxilində elektrik dirəkləri sovetlər dönəmində çəkilmiş çürük dayaqlar və ya yerli ağac materiallarından ibarətdi. Ona görə də külək əsən kimi hər iki kənd günlərlə qaranlıqa məhkum edilirlər. İndiyə qədər kəndlərimizə qaz çəkilmədiyindən meşələrimiz vəhşicəsinə talan edilərək oduncaq kimi istifadə edilir. Bizim hər iki kəndimiz rayon mərkəzinə və digər rayonlarımıza gedib gəlmək üçün Lerik rayonunun Bülüdül kəndindən keçərək Yardımlı rayonunun Bilnə kəndinə çıxır və oradan müxtəlif regionlarımıza getmək məcburiyyətindədirlər. Ancaq təəssüf ki, Lerikin Bülüdül kəndi ilə Yardımlı rayonunun Bilnə kəndi arasında olan 4 kilometrlik məsafə bərbad vəziyyətdədir və bunun ucbatından rayon mərkəzinə aparılan xəstələrimizi vaxtında həkimə çatdıra bilmirik və yoldaca xəstələrimiz, hamilə qadınlarımız özü və bətnlərindəki uşaqlar ölürlər. Ən acınacaqlı hal Alar kəndinin adının birdən birə Allar kəndi kimi təsdiqlənməsidir. Belə bir addımın atılması kənd əhalisi arasında haqlı narazılıqlara səbəb olub. Biz kəndimizin əvvəlki adı olan Alar kəndinin özünə qaytarılması baradə rayon və Milli məclisə çoxlu ərizələr göndərmişik ancaq heç vaxt müsbət cavab ala bilməmişik arzu və istəklərimiz ürəyimizdə qalıb. Alar və Şıxhüseynli kəndlərinin əhalisi daima haqsızlıqlarla üzləşdiklərinə görə, günü gündən problemlər, işsizlik artdığna görə bütün gənc ailələrimiz sürətlə başqa regionlara, şəhərlərə köçməyə başlamışlar. Belə davam etsə yaxın gələcəkdə Alar və Şıxhüseynli kəndlərində bir nəfərdə əhali qalmayacaq. Bütün gənc ailələr ailəvi sürətlə köçüb getdiklərinə görə məktəblərimizdə şagird sayı həddindən çox azalmışdır. 2000 - ci ilə qədər Alar və Şıxhüseynli kəndlərində məktəblilərin sayı 500 nəfərdən yuxarı idisə, hal hazırda məktəblilərin sayi 200 nəfərdən aşağıdır.Gənc ailələrin köçkün həyatı ilə bağlı uşaqlar tam savadsızlıqa gedirlər.Ona görə ki, ailələrin çoxu dolanmaq üçün aran rayonlarındakı heyvandarlıq təsərrüfatlarına çoban kimi gedirlər və bununla da çoxlu uşaqlar tam savadsız qalırlar. Odur ki, sizi ucqar dağ kəndləri olan Alar və Şıxhüseynli kəndlərinin əhalisinin haqq səsinə səs verməyə çağırırıq. Biz inanırıq ki, siz bizim problemlərimizi işıqlandıraraq hələ də yatıb mürgüləyən aidiyyatı təşkilatları məlumatlandıracaqsınız və problemlərimizin həlli istiqamətində əməli işlər görməyə bizi bu problemlərdən bir dəfəlik qurtarmaq üçün haqq səsimizi aidiyyəti orqanlara çatdıracaqsınız. Biz yaxşı bilirik Cənab Prezidentimizin bizim problemlərimizdən xəbəri yoxdur çünki bəzi üzdəniraq məmurlar Cənab Prezidentimizə yalan məlumatlar verərək aldadırlar.

Böyük hörmətlə, Alar və Şıxhüseynli kənd sakinləri".
10-03-2021, 06:48
Вернуться назад