DataLife Engine / Ərdoğanla Putinin vacib görüşü: Laçın dəhlizi gündəmdə?

Ərdoğanla Putinin vacib görüşü: Laçın dəhlizi gündəmdə?



Ərdoğanla Putinin vacib görüşü: Laçın dəhlizi gündəmdə?


Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Mersin vilayətində "Akkuyu” Atom Elektrik Stansiyasının (AES) 3-cü blokunun təməlqoyma mərasiminə onlayn formatda qatıldılar. Cümhuriyyətin quruluşunun yüz illiyinə təsadüf edəcək stansiyanın işə başlaması Türkiyənin elektrikə olan tələbatının 10 faizini ödəyəcək. Bu, Türkiyə üçün kifayət qədər böyük rəqəmdir.

Tv 713. az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq Ərdoğanla Putinin üzbəüz görüş barədə dialoquna da toxunub:

“Prezidentlər onlayn görüş zamanı yaxın müddətdə əyani görüşəcəklərini də elan etdilər.

Putin Ərdoğanın simasında özünə yaxın tərəfdaş tapıb. Rusiya tarixində ilk dəfə olaraq NATO-ya üzv olan ölkəyə müasir raketlər satıb, boru xətləri inşa edib və nəhayət, tərəfdaşının ərazisində atom elektrik stansiyasının tikintisini davam etdirir.

İki dövlət Suriya, Liviya və Azərbaycanda (Qarabağda) əməkdaşlıq edirlər. Bu görüş bizim üçün də əhəmiyyətlidir. Çünki Rusiya hərbçilərinin Qarabağdakı fəaliyyətlərləri ilə bağlı suallarımız var, üstəgəl, Laçın dəhlizi üzərindən sərhədin nəzarətə götürülməsi vacibdir. Ərdoğanın bu məsələləri də Putinlə müzakirə edəcəyi ehtimalı yüksəkdir. Əsas odur ki, hər iki lider görüşə ehtiyac duyur.

Digər tərəfdən, böyük ehtimalla, Bakı ilə Ankara arasında təkliflərlə bağlı ortaq çalışma var".

11-03-2021, 08:52
Вернуться назад