DataLife Engine / Şəfalı əllərin ünvanı - Bilgəh modul tipli xəstəxanası

Şəfalı əllərin ünvanı - Bilgəh modul tipli xəstəxanası

Şəfalı əllərin ünvanı - Bilgəh modul tipli xəstəxanası

Pandemiyaya qarşı mübarizədə ölkəmizin həkimlərinin ilk gündən ön xətdə olmaları heç kimə sirr deyil. Bu çətin günlərdə tibbi personalın vətəndaşlarımızın sağlamlığı üçün çalışmaları SÖZÜN əsil mənasında həm də bir qəhrəmanlıq nümunəsidir.

Paytaxtımızın Bilgəh qəsəbəsində dövlət başçımızın göstərişiylə inşa edilən modul tipli xəstəxanada çalışan həkimlərimizin fəaliyyətləri, onların fədakarlıqları da elə bu qəbildəndir.

Ötən son bir ildə bu həkimlər öz həyatlarını risk altına qoyaraq pasiyentlərə gərəkən qayğını göstərmək, onların sağalmaları naminə gərəkən addımları atmaq üçün aylarla öz ailə üzvlərini görə bilməyiblər, çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanında olublar. Onların həyatlarını xilas etmək üçün bütün mümkün vasitələrdən istifadə ediblər. Məhz bütün bunların nəticəsidir ki,yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində
Azərbaycan ən yaxşı ölkələr sırasındadır.

Bu da ilk növbədə Bilgəh modul tipli xəstəxanasında bütün pasiyentlərin sevimlisinə çevrilən Çingiz həkim kimi loğmanlarımızın və belə loğmanlarımızın rəhbərlik etdikləri tibb müəssisələrimizin dövlət siyasətimizin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirmələrindən irəli gəlib...

Unutmaq lazım deyil ki, hər bir xəstənin müalicəsi özlüyündə həm də növbəti yoluxma hadisəsinin qarşısının alınması deməkdir. Bu mənada Çingiz həkimin rəhbərlik etdiyi tibb ocağının neçə-neçə soydaşımızı bu gizli düşmənin pəncəsindən qurtarması ancaq alqışa layiqdir. Mütəxəssislərin dediklərinə istinad etsək, nəzərə almaq lazımdır ki, koronavirusa yoluxmuş bir xəstə təqribən yüz vətəndaşı yoluxdurma potensialına sahibdir, onda Çingiz həkimin rəhbərlik etdiyi kollektivin fədakarlığı zatən göz önündədir.

Elə bunun nəticəsi idi ki, hətta dövlət başçımızın özü də belə həkimlərimizin əməyini ayaq üstə alqışlamış və bunu cəmiyyətimizə bir örnək olaraq göstərmişdir.

Xəstə yaxınlarımızın ümid yerinə çevrilən Çingiz həkimin Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş müharibə veteranı, o zamankı 713 nömrəli hərbi hissənin qəhrəmanlarından olan FƏXRİ BƏNDƏLİYEBə qarşı sərgilədiyi əsil loğman münasibəti əvəzedilməzdir.

Paytaxtımızın Bilgəh qəsəbəsində yerləşən 28 saylı BŞX modul tipli xəstəxananın tibbi personalın da bu uğurun əldə edilməsində əməkləri əvəzedilməzdir. Başda baş həkim İBADULLAYEV ÇİNGİZ olmaqla həkimlərdən Elçin Əzizoğlu, Afaq xanım Mehdiyeva, baş tibb bacısı Təranə xanım İlyasova, tibb bacısı Sevinc xanım Mahmudova və adıçəkilən tibb müəssisəsinin digər işçilərinin xəstəyə münasibətdə Hippokrat andına sadiq qalmaları, əsil vətəndaş mövqeyi sərgiləmələri sadəcə olaraq, qürurvericidir. Dövlətçiliyimizin ayaqda durmasında hər bir kəsin öz peşəsinə vicdanla yanaşması da bir şərtdirsə, bu kəslər üzərilərinə düşən yükü layiqincə yerinə yetirməklə həm də ölkəmizin bütün səhiyyə sistemində bir örnəkdilər. Məmləkətimiz belə insanlarla var olacaq....
Bu mənada həm Fəxri qardaşımızın ailəsi, həm də 713 nömrəli hərbi hissənin keçmiş döyüşçüləri Çingiz həkimə və onun rəhbərlik etdiyi kollektivə öz dərin minnətdarlıqlarını bildirirlər.
30-03-2021, 22:10
Вернуться назад