Məmləkəti içindən oymayınHörmətli "AZƏRİQAZ" rəhbərliyi, Sizin rəhmətlik Heydər Əliyevin "...bir ağac kəsiləndə elə bilirəm qollarımı kəsirlər" - deyə söylədiyi dahiyanə fikrindən xəbəriniz varmı!?..
AMMA BAXIN: bu gün YARDIMLI RAYONUNUN ALÇABULAQ, ODURAĞARAN KƏND sakinləri məhz Sizlərin, bütövlükdə məmur tayfasının yarıtmazlığı ucbatından nəinki ətraf meşədə, hətta həyətyanı sahələrində dədə-babalarının əkdikləri ağacları tamamən qırmaq məcburiyyətində qalıblar.
Nədən Sizlər cənab Prezidentin sosial-iqtisadi inkişafla bağlı imzaladığı Proqramdan irəli gələn vəzifələrinizi yerinə yetirməyib yerlərdə sosial narazılıq formalaşdırırsınız!?...
Və görən hörmətli Musa Qasımlı bütün bunları görmürmü!?
Yox əgər görürsə, nədən günahkarları adlarıyla çağırıb aidiyyatı instansiyaların bu barədə təxirəsalınmaz tədbirlər görməsini tələb formasında ortaya qoya bilmir...
ODURAĞARAN, ALÇABULAQ DA HAMARKƏND KİMİ BİR KƏNDDİR, ƏFƏNDİLƏR VƏ BU KƏNDLƏRİN SAKİNLƏRİ DƏ DEDİYİNİZƏ GÖRƏ SİZİN SEÇİCİLƏR OLUB...
Azərbaycan həm də qaz ixrac edən bir ölkədir. ALÇABULAQ və ODURAĞARAN da sevgili məmləkətin bir parçası - məmləkətimizi içindən oymayın!
VƏ SONDA...Əfəndilər, haqqında danışdığımız kəndin adı ODURAĞARANdır haaa, hörmətli Musa Qasımlının da deyəsən razılaşdığı "OduraKƏRAN" deyil. Ağaclarımızı qırdırıb qurtardınız, heç olmasa, tariximizi, adımızı təhrif etməyin!
Tv 713.az