DataLife Engine / "Soyqırımı barədə konvensiya 1951-ci ildə qəbul edilib, geriyə qüvvəyə malik deyil”

"Soyqırımı barədə konvensiya 1951-ci ildə qəbul edilib, geriyə qüvvəyə malik deyil”


"Soyqırımı barədə konvensiya 1951-ci ildə qəbul edilib, geriyə qüvvəyə malik deyil”



ABŞ-ın İrəvandakı səfiri: “Soyqırımı barədə konvensiya 1951-ci ildə qəbul edilib, geriyə qüvvəyə malik deyil”

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Azadlıq Radiosunun erməni xidmətinə müsahibə verib.

Tv 713. az xəbər verir ki, diplomat müsahibəsində bir çox məsələlərlə yanaşı, qondarma "erməni soyqırımı" və onun ABŞ tərəfindən tanınması məsələsinə də münasibət bildirib.

Hadisənin hüquqi nəticələri barədə sualı cavablandırarkən səfir qeyd edib ki, Soyqırımı Cinayətinin Qarşısının alınması və bu cinayətə görə cəza haqqında Konvensiya yalnız 1951-ci ildə qüvvəyə minib və onun qəbulundan əvvəlki hadisələrə şamil edilmir.

“Hüquqi nəticələrə gəldikdə, sözügedən hadisə 1915-ci ildə baş verib. Soyqırımı haqqında konvensiya isə 1951-ci ildə qəbul edilib və hüquqi baxımdan geriyə qüvvəyə malik deyil”, - deyə səfir bəyan edib.

Həmçinin L.Treysi Türkiyənin NATO daxilində ABŞ-ın əhəmiyyətli müttəfiqi olduğunu da vurğulayıb.
27-04-2021, 04:48
Вернуться назад