DataLife Engine / ABŞ dəhşəti: 16 milyon əhalini necə qırıb...

ABŞ dəhşəti: 16 milyon əhalini necə qırıb...




ABŞ dəhşəti: 16 milyon əhalini necə qırıb...

ABŞ Prezidenti 1915-ci ildə ermənilərin 2,5 milyon türkü rus silahları ilə qətlə yetirməsini görməzdən gəlməsi, köçürülmə zamanı talançılıq edən və türk əsgəri geyimində özününküləri öldürən ermənilərin törətdikləri hadisəni “soyqırım” adlandıılması əslində tarix boyu soyqırımlara imza atan bir dövlətin ikiüzlülüyünü göstərir.

Amerika Prezidenti Bayden unudur ki, onların babaları Avropadan bura köçərək yerli hindu xalqlarını soyqırıma məruz qoyublar. Məsləhət olardı ki, din xadimi Bartolome de Las Kasasın 1552-ci ildə nəşr etdirdiyi “Hindistanların dağılmasının qısaca reallığı” (ispan dilində “Brevísima relación de la destrucción de las İndias”) əsərini oxusun. Müəllif qeyd edir ki, işgəncələri, qətliamları, yırtıcı münasibətlərin şahidi özü olmuş, yalnız müəyyən bir hissə digər şahidlərin sözləri ilə ifadə olunmuşdur.

Bu gün Amerika tarixçiləri və siyasətçiləri qəsdən Amerika kəşf ediləndə orda aborigenlərin sayın 16 milyon göstərməyə çalışırlar. Lakin həqiqətdə başqa rəqəmlər tarixin səhifələrindədir. Əksər tarixçilərin verdiyi məlumata əsasən, Kolumb Amerikaya qədəm qoyanda orada 75 milyon hindu yaşayırmış – 35 mln. Şimali, 40 mln. isə Cənubi Amerikada. Yalnız indiki ABŞ-ın ərazisində 15 milyon hindu yaşayırmış və 1620-ci ildən 1900-cu ilə qədər aborigenlərin sayı 237 min nəfərə kimi düşmüşdü.

Portuqalların Braziliyadakı birinci qubernatoru Tome de Souza Papaya və Avropa krallarına məktubunda yazırdı: “Yerli əhalinin buradakı “insan ehtiyatı” həddindən artıq çoxdur, hətta biz onları sallaqxanalarda doğrasaq da, azalmazlar”.
Avropalıların fiziki cəhətdən hinduları məhv etməsinə imkanları çatmadığından Papanın təklifi ilə yerli sakinlərin immun sisteminə yad olan xəstəliyin yayılması planı işə düşür. Tədqiqatçıların çoxu hindilərin sayının kəskin azalmasının əsas səbəbi kimi onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi Köhnə dünyanın yoluxucu xəstəliklərini göstərirlər. Avropalılarla ilk təmasdan sonra hinduların 40-45%-i yoluxucu xəstəliklər nəticəsində ölmüşdür.

Cənab Bayden Tayno soyqırımını, Kalinaqo soyqırımını, Piket soyqırımı, Astek soyqırımını və digər soyqırımları unudub deyəsən. Milyonlarla hindunun qətl edilməsini yaddan çıxardan Bayden Vatikan yepiskoplarının “Tanrı onları avropalı xristianların qulu olmağa vadar edibdir” sözünü icra edir deyəsən...

Xocalıda, Malibəylidə, Başlıbeldə, Ağdabdanda, Qaradağlıda soyqırımlar törədən ermənilərə qucaq açan Baydeni başa düşmək olar, çünki soyqırım törədən bir dövlət soyqırım törədən bir milləti müdafiə edir.

Yaxud 1994-cü ildə Ruandada baş vermiş soyqırımı Belçika və Fransa ilə birgə törətdiyini Bayden “unudub”?

Əfqan xalqına qarşı ABŞ-ın soyqırım siyasətini Bayden niyə dilə gətirmir?

İraqda Amerika əsgərlərinin etdikləri nədir? Vyetnam müharibəsi zamanı Amerikanın etdiyi nə idi?.


Zaur Əliyev
27-04-2021, 11:22
Вернуться назад