2020-2021 tədris ilinin uzadılması ilə bağlı hələlik heç bir qərar yoxdur.
Tv 713.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
O qeyd edib ki, orta məktəblərdə tədris ilinin son tarixi haqqında dəyişiklik olmayacaq:
"Tədris ili əvvəlki qaydada – iyun ayının 14-də sonlanacaq”.
Qeyd edək ki, Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.