Səfərəliyev Bəhman Çərkəz oğlu 10 yanvar 1961-ci ildə Laçın rayonunun Pircahan kəndində doğulub. 1968-ci ildə Pircahan kənd orta məktəbinə gedib. 1978-ci ildə orta məktəbi bitirdikdən sonra 1979-1981-ci illərdə Xabarovsk vilayətində hərbi xidmətdə olub.
Tv 713. az xəbər verir ki, Bəhman Səfərəliyev sonralar Pircahan kəndində sürücü, təsərrüfat briqadiri işləyib. 1992-ci ildə məcburi köçkün düşərək ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşıb. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olub, Ağdərə, Mehmanə, Vaqauz, Vəng və digər döyüş bölgələrində qəhrəmanlıqla vuruşub.
1992-ci il sentyabrın 19-da Laçının Hoçaz qayası uğrunda gedən döyüşlərdə minaya düşərək bir ayağını itirib. Hacısamlı kəndindəki hərbi tibbi məntəqəyə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 21 sentyabr 1992-ci ildə Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli idi. İki oğul, bir qız övladı yadigar qalıb.
Laçın rayonunun Pircahan kənd tam orta məktəbinə Bəhman Səfərəliyevin adı verilmişdir.