Qüds qırmızı xəttdir. O azad olmadığı təqdirdə sülh ola bilməz.
Tv 713.az xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas deyib.
"Qüds, Qəzza və Qərbi Şəriyədə xalqımıza qarşı barbarca hücumu dayandırmaq üçün səylərimizi davam etdiririk. Səbir kasamız daşdı. Gedin başımızdan. Yaxamızı buraxın. Vətənimizdən çıxmayacağıq, gözünüzə tikan kimi batmağa davam edəcəyik. Qüds ərəb və islam dünyasının olaraq qalacaq. Qüdsün çağırışı bütün dünyanı birləşdirir", - o bildirib.