Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında bir neçə gündür ki, davam edən Qaragöl ərazisi ilə bağlı danışıqların şifahi razılaşmasının ilkin, lakin rəsmi şəkildə hələ təsdiqlənməyən detalları açıqlanıb.
Tv 713.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.
Bildirilir ki, şifahi razılaşmaya əsasən Qarabağdaki bütün erməni silahlıları çıxarılır, eyni zamanda, Qırmızı Bazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir. Həmçinin Qazaxın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndi azad edilir.
Sözügedən İnstitut əlavə edib ki, razılaşmaya görə Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir, erməni tərəfi isə bu öhdəlikləri 2 həftə ərzində yerinə yetirməlidir.
İddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bundan öncə erməni mediası razılaşmanın detallarını açıqlayıb.
Xatırladaq ki, Qaragöllə bağlı ötən gün saat 14:00-dan davam edən danışıqlarda Azərbaycandakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov da iştirak edib.