Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.
Tv 713.az xəbər verir ki, Azərbaycanı Avroviziyada təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxaraq “Mata Hari” adlı mahnısını ifa edəcək.
Birinci yarımfilanda Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta təmsilçiləri də çıxış edəcək.
***
Azərbaycan təmsilçisi Samirə Əfəndi "Mata Hari" mahnısı ilə çıxış etdi.
***
Təmsilçimiz Samirə Əfəndi finala vəsiqə qazanıb. Azərbaycanla yanaşı Norveç, Litva, İsrail, Rusiya, Malta, Kipr, İsveç, Belçika və Ukrayna təmsilçiləri də finala adlayıblar.