DataLife Engine / Avropa Parlamentindən Azərbaycanın əleyhinə yönələn Qətnamə

Avropa Parlamentindən Azərbaycanın əleyhinə yönələn Qətnamə

"Avropa Parlamenti Azərbaycanın əleyhinə 607 səslə, erməni "hərbi əsirləri" və "mülki məhbusları" heç bir şərt olmadan azadlığa buraxmağı tələb edən qətnamə qəbul edib".

Bununla bağlı sosial şəbəkədə məlumat verən tanınmış hüquqşünas Əlövsət Əliyev bu qənaətdədir: "Yəqin ki, Azərbaycanın bu qətnaməyə münasibətdə əsaslandırılmış cavabı olacaq".

Avropa Parlamentindən Azərbaycanın əleyhinə yönələn Qətnamə


Tv 713. az saytı Avropa Parlamentinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamənin mətnini təqdim edir.

1. Ermənistanın suveren ərazisinin pozulması Azərbaycan nümayəndələri və prezidentinin ərazi iddiası qaldıran narahatedici açıqlamalarını izləyir.

2. Sülh sazisişində Minsk qrupuna daxil Aİ ölkələrinin iştirak etməməsindən təəssüf hissi keçirilir.

3. Bakıdakı qənimətlər parkının təxirə salınmadan bağlanmasına çağırır.

4. Erməni əhalinin və erməni abidələrinin təhlükəsizliyinin təmini, ehtiyacı olanlara humanitar yardımın çatmasının təmininə olan mühüm ehtiyac vurğulanır.

5. Azərbaycanın müharibədən əvvəl və sonra tutduğu bütün əsirləri şərtsiz qaytarması istənir.

Məlum qətnaməylə bağlı öz fikirlərini bizimlə bölüşən torpaqlarımızın azadlığı uğrunda şərəfli döyüş yolu keçmiş 811 saylı Laçın alayının komandiri olmuş ARİF PAŞA bu qənaətdədir:

Avropa Parlamentindən Azərbaycanın əleyhinə yönələn Qətnamə

"Avropa Parlamentinə, dünyaya ən yaxşı cavab beynəlxalq mütəxəssisləri dəvət edib , dağıdılmış səhər və kəndlərimizə dəymiş ziyanı hesablatdırıb , Ermənistanı Beynəlxalq Məhkəməyə vermək olardı.
Bu, dünyanın diqqətini məhkəməyə yönəldər və ÜMÜMDÜNYA İCTİMAİ RƏYİNİN formalaşmasına gətirib çıxarardı. Bizim ölkədən fərqli olaraq dünya ölkələrində xalqların ictimai rəyləri onların hökumətlərinin siyasət və qərarlarında müstəsna rol oynayır"...

"Bu qətnaməni qəbul edənlər təqdimatı elə veriblər ki, sanki günahkar və uduzan bizik" deyən Arif Paşanın fikrincə Azərbaycan hökumətinin bu sadə prodseduru yerinə yetirməsi vacibdir.

Müşfiq Rəhimov
Tv 713. az
21-05-2021, 14:01
Вернуться назад