DataLife Engine / AUTİZM SİNDROMU və AZƏRBAYCAN GERÇƏKLİYİ

AUTİZM SİNDROMU və AZƏRBAYCAN GERÇƏKLİYİ



AUTİZM SİNDROMU və AZƏRBAYCAN GERÇƏKLİYİ

İGİD TEYMURLU

MUSA URUDLA QƏNİRƏ XANIM PAŞAYEVA, GERÇƏYİ SÖYLƏYİN, GERÇƏYİ!


Autizm sindromunun daşıyıcısı olan uşaqlar və onların reabilitasiyalarıyla bağlı bu gün cəmiyyətimizdə fərqli fikirlər mövcuddur. Bir tərəfdə dərdləriylə baş-baş qalan ata-analar, digər tərəfdəsə reabilitasiyadan daha çox bu dərddən, bu bəladan öz biznes maraqlarının inkişaf etdirməyə çalışan ÇETE. Bu, Azərbaycan gerçəkliyidir!...

Apardığım müçahidələr əsasında deyə bilərəm ki, həmin ÇETEnin arxasında hansısa gizli bir əlin olması da şəksizdir. Autizm sindromunun reabilitasiyası adı altında fəaliyyət göstərən mərkəzlərin tam əksəriyyəti əgər dövlət strukturlarında qeydiyyatdan keçib "leqal formada fəaliyyət" göstərirlərsə, bəs nədən dövlətin özü bu sindromun aradan qaldırılması istiqamətində hansısa bir mərkəzin formalaşdırılmasında maraqlı görünüb bu problemlə bağlı bir mərkəz yarattmır? Demək ki, burada bir gizli əl var. Məhz o əllərin dayəliyilə mərkəzlərin tam əksəriyyəti Azərbaycan İnsanının dərdlərindən öz biznes maraqları üçün istifadə etməkdədir...

İnklüziv təhsillə bağlı Təhsil Nazirliyi "mütəxəssis" yoxluğundan ya şikayətlənir, ya da ki, adıçəklən nazirlik bu prosesə qeyri-peşəkarları cəlb etməklə problemi daha da dərinləşdirir. Amma qeyri hökumət sektorunda həmin "mütəxəssislər" dən yüzlərlə və bəlkə də minlərlədir.

Azərbaycan Respublikasının Milli Məslisi və və bu qurumun aidiyyatı komissiyaları (elm, təhsil, səhiyyə, sosial siyasət və başqa komissiyalar), Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Sosial Təminat Nazirliyi, bütövlükdə Əli Əsədovun rəhbərlik etdiyi Nazirlər Kabinetinin bu istiqamətdə gördüyü işlər tam yarıtmaz bir şəkildədir və birbaşa faktiki təqdim olunan münasibətlər fonunda belə demək mümkünsə, dövlətlə vətəndaş arasında bir uçurum yaradır. Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Musa Urud timsallı deputatların autizm sindromlu uşaqların reabilitasiyaları istiqamətində söylədikləri gözəlləmələr gözdən pərdə asmaqdan başqa bir şey deyil. Dövlət qurumlarımızın bu məsələnin həllində kompleks fəaliyyət proqramı yoxdur və Nazirlər Kabineti ilə Milli Məclis rəhbərliyi heç bu istiqamətdə fəaliyyət göstərəcək əhval-ruhiyyədə də deyllər. Millətsə dərdləriylə baş-başa qalıb. ..

Sosial şəbəkələrdə tez-tez kimlərinsə bu problemin həllində özünü sonuncu ünvan kimi göstərməsi və çarəsiz valideyinlərin də belə demək mümkünsə, aldadılaraq o səmtə yönləndirilməsi istiqamətində edilən çıxışları görəndə adam dəhşətə gəlir. Adam özünü güvəndə hiss edə bilmir. Vətəndaş olaraq mən dövlətimə güvəndiyim halda kimlərdir ki, özünü üz tutulacaq mehrab kimi qələmə verənlər?. Yaxud, nədən aidiyyatı instansiyalar problemin həllində dolayı yolla Dövlət Babanın bunca gücsüz olmasıyla bağlı fikirlərin formalaşdırılmasına zəmin yaradırlar?

ƏCƏBA, bu məmləkət insanının yaşam durumu bəyəm Milli Məclis yetkililərinə, Nazirlər Kabinetinə bəlli deyil ki? HANSI AZƏRBAYCAN İNSANI AUTİZM SİNDROMLU UŞAĞINI REABİLİTASİYA MƏRKƏZLƏRİNƏ APARMAQ ÜÇÜN AYDA 1500-1800 MANAT PARA XƏRCLƏMƏK QÜDRƏTİNDƏDİR, HÖRMƏTLİ SAHİBƏ XANIM QAFAROVA və HÖRMƏTLİ ƏLİ MÜƏLLİM ƏSƏDOV? Varmı beləsi, yoxdursa nədən DÖVLƏT BABA aldadılır?

NƏDƏN MƏNDƏN ALDIĞINZ VERGİLƏRİ MƏNİM ÖVLADIMIN REABİLİTASİYASINA DEYİL, KABİNETİNİZDƏ "İQRA OYNAMAQLA MƏŞĞUL OLAN YÜZLƏRLƏ "MÜTƏXƏSSİS" SAXLAMAĞA" SƏRF EDİRSİNİZ?

Bu konuda Qənirə xanımın, Məlahət İbrahimqızının, Musa Urudun bülbül kimi ötməsi problemin həlli kontekstində deyil, ancaq öz maraqları çərçivəsində ola bilər...

Mən kimisə hansısa bir formada təhqir etmənin tam əleyhinəyəm. Amma əsaslandırılmış formada tənqidə də heç kim təhqir elementi kimi baxa bilməz. Bu gün mənim param yoxsa sabah heç bir mərkəz mənim autizm sindromundan əziyyət çəkən övladımın başını sığallamayacaq. Və əynimdən, boğazımdan, gəzməyimdən, yeməyimdən, içməyimdən kəsib övladımın reabilitasiyasına aylarla sərf etdiyim para qarşılığında əldə etdiyimiz "uğur" da məhz parasızlıq ucbatından heçə gedəcək. Demək ki, axtardığım çarəni sizlər mənim üçün çıxılmazlıq pentaqrammasına çevirirsiniz, əfəndilər!

Hanı bu sindromdan əziyyət çəkən uşaqların dövlət güvənci, ay Musa Urudla Qənirə Paşayeva? Sabah valideyin dünyadan köçəndən sonra bu uşaqlar cəmiyyətə necə adaptasiya olunacaqlar, onlar nə ilə dolanacaqlar? Sizin uşaqlar da bu sindromdan əziyyət çəksəydilər və sizin uşağa ayda 22 manat üstəgəl 150 manat pul verilsəydi, qarşılığında ayda 1800 manat pul xərcləmək məcburiyyətində qalsaydınız (üstəlik ailənin saxlanılması üçün xərclənən para), nə edərdiniz, ay Musa Urudla Qənirə xanım Paşayeva? BU KONUDA ALDATMAYIN DÖVLƏTİ, GERÇƏYİ SÖYLƏYİN Kİ, DÖVLƏTLƏ VƏTƏNDAŞ ARASINDA UÇURUM YARANMASIN!

Fəaliyyətdə bulunan "mütəxəssislər"in tam əksəriyyətinin autizm sindromuyla bağlı özəl yanaşmaları da onların özlərinin gördükləri və dərk etdikləri, dərk edib də, cəmiyyətə aşılamaq istədikləri qədərdir. Amma həqiqətin özü deyil. Hələ ki, elm bu problemin həllinin qarşısında acizdir. Özəl yanaşmalarsa problemin həllində bir reabilitasiya mərhələsidir.

Hamımız bilirik ki, autizm sindromu uzunmüddətli reabilitasiya prosesi olaraq həm də çoxlu para tələb edən yaşam tərzidir. Bu yaşam tərzində uşağın hansısa vərdişə yiyələnməsi, yaxud neqativlərdən uzaqlaşması aylarla, hətta illərlə vaxt və çoxlu para aparır. Bunsuz da mümkün deyil. Məhz bu faktorlardan istifadə edən "mütəxəssislər"in tam əksəriyyəti dərdləriylə baş-başa qalanların "gözlərinə kül üfürmək"lə məşğuldular, məmurlarsa öz xidməti vəzifələrini yerinə yetirə bilmir. Para hesabına mənəviyyatımızın işğal olunması hesabına dövlətçiliyimizin ayaqda durması üçün süni əngəllər yaradılır. Dövlətin vətəndaşına sahib çıxması bizim inaclarımızdandır. İnancımıza toxunmayın!
Reallığı qəbul edin, autizm sindromuyla bağlı bu, Azərbaycan gerçəkliyinin özüdür!
5-06-2021, 02:48
Вернуться назад