DataLife Engine / Erməni polkovnikin mina etirafına Zülfüqarovdan - Reaksiya

Erməni polkovnikin mina etirafına Zülfüqarovdan - Reaksiya


Erməni polkovnikin mina etirafına Zülfüqarovdan - Reaksiya


Hesab edirəm ki, Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan çıxışı daha çox şantaja oxşayır.

Tv 713 .az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyanən işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarının sərhədə yaxın ərazilərində 17 maşın mina basdırdıqları ilə bağlı etirafını şərh edərkən deyib.

Politoloqun fikrincə, Ermənistan prosesi dayandırmaq üçün bütün vasitələrə əl atacaq:

"Ermənilər üçün ən təhlükəli məqam vətəndaşların Kəlbəcər rayonuna qayıtması və ərazinin tam olaraq Azərbaycanın nəzarətinə keçməsidir. Bu baxımdan onlar başa düşür ki, Qarabağ bölgəsində yaşayan ermənilər izolyasiya vəziyyətinə düşəcəklər. Ermənilər hər bir vasitəyə əl atırlar ki, bu prosesi ya dayandırsınlar, ya da ləngitsinlər".

Tofiq Zülfüqarov qeyd edib ki, 17 maşın mina sadəcə sıradan olan bir bəyanatdır.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarının sərhədə yaxın ərazilərində 17 yük maşını mina basdırdıqlarını etiraf edib.
7-06-2021, 17:43
Вернуться назад