DataLife Engine / Lavrovla Maas və Drian arasında telefon danışığı olub

Lavrovla Maas və Drian arasında telefon danışığı olub



Lavrovla Maas və Drian arasında telefon danışığı olub


Rusiya xarici işlər naziri Sergey Lavrovla almaniyalı həmkarı Hayko Maas və fransalı həmkarı Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Tv 713. az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

XİN başçıları Ukrayna böhranı ilə əlaqədar Minsk razılaşmasından danışıblar. Həmçinin, tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti və üç ölkə rəhbərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının müddəalarının yerinə yetirilməsi məsələlərini müzakirə ediblər.

Atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və ortaya çıxan fikir ayrılıqlarının siyasi-diplomatik həllinə ehtiyac olduğu vurğulanıb. Nazirlər ATƏT-in Minsk Qrupunun Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesindəki rolundan danışıblar.

Rusiya tərəfi bildirib ki, beynəlxalq təşkilatların hər hansı birinin iştirakı yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür.
8-06-2021, 06:48
Вернуться назад