DataLife Engine / Aleksandr Ata harada dəfn ediləcək?

Aleksandr Ata harada dəfn ediləcək?



Aleksandr Ata harada dəfn ediləcək?

Tanınmış din xadimi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr Gennadyeviç İşeinin (Aleksandr Ata) dəfn olunacağı yer müəyyənləşib.

Tv 713 .az Report-a istinadla xəbər verir ki, mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Belə ki, mərhum Aleksandr İşeinlə iyunun 13-də vida mərasimi keçiriləcək və vida mərasimindən sonra o, dəfn ediləcək.

Qeyd edək ki, Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
11-06-2021, 15:47
Вернуться назад