DataLife Engine / Avro-2020-nin matçında şok: Eriksenin ürəyi dayandı - Video

Avro-2020-nin matçında şok: Eriksenin ürəyi dayandı - Video

Avro-2020-nin matçında şok: Eriksenin ürəyi dayandı - Video

Avropa çempionatının B qrupunun Danimarka-Finlandiya matçında xoşagəlməz hadisə baş verib.

Tv 713 az xəbər verir ki, birinci hissənin son dəqiqələrində Danimarkanın oyunçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb. Ürəyi dayanan futbolçunu həkimlər ürək masajı ediblər.

Görüş dayandırılıb. Bir müddət meydanda müalicəsi davam etdirilən futbolçu xəstəxanaya qaldırılıb.

***

UEFA AVRO-2020-nin B qrupunun Finlandiya ilə matçında huşunu itirərək yerə yıxılan Danimarka millisinin futbolçusu Kristian Eriksenlə bağlı açıqlama yayıb.

Qitə futbol qurumunun məlumatında 29 yaşlı yarımmüdafiəçinin vəziyyətinin sabit olduğu bildirilib.

Görüşlə bağlı yekun qərarın Bakı vaxtı ilə saat 21:45-də veriləcəyi qeyd olunub.


12-06-2021, 21:47
Вернуться назад