Qaçaq Kərəm və İsrafil ağa ƏXLAQI
ARİF PAŞAMƏN BELƏ DOĞULMUŞAMMən LAÇINLIYAMMI??? Həyatımın ən çətin günlərində (bir neçə laçınlı istisnadı...) bunu hiss etmədim...
Mən QARABAĞLIYAMMI??? Həyatımın ən çətin günlərində (bir neçə qarabağlı istisnadı...) bunu hiss etmədim...
Mən AZƏRBAYCANLIYAMMI??? Həyatımın ən çətin günlərində (bir neçə azərbaycanlı istisnadı...) bunu hiss etmədim...
Mənim Mübariz Mənsimovla tək bir görüşüm olmuşdu...
Söhbətimiz alınmamışdı...
Amma o həbs olunanda onu həbsdən çıxacağı günə qədər müdafiə edəcəyimi BƏYAN ETDİM.General və albaylardan tu
tmuş onun müdafiəsi üçün imzalar da yığıldı.Baxmayaraq ki , bu onun bəzi " yaxınları"nı o qədər də məmnun etmirdi...
Amma özüm və əzizlərim ÖLÜM AYAĞINDA olsaydı, ondan sağ qalmaq üçün dərman pulu belə qəbul etməzdim!
Mən Mübariz Mənsimova lazım olan adam deyiləm! O da mənə lazlm olan adam deyil!
Bunu Qaçaq Kərəm və İsrafil ağa ƏXLAQININ hələ də bu millətin İÇ DÜNYASINDA ölmədiyinin sübutu üçün yazdım...
Cəmiyyətimiz və hökumətimiz EKİZLƏR təki oxşardı... Mən onlara oxşaya bilmədim...İstəsəm belə alınmazdı... Mən də belə doğulmuşam!
Amma bilmirəm faciə nədədi? Mənim onlara oxşaya bilməməyimdə , yoxsa onlarln mənim kimilərə...???
18-06-2021, 21:50
Вернуться назад