DataLife Engine / QÜDRƏT HƏSƏNQULİYEV: "Buna görə onu tənqid etmək yox, alqışlamaq lazımdır".

QÜDRƏT HƏSƏNQULİYEV: "Buna görə onu tənqid etmək yox, alqışlamaq lazımdır".


QÜDRƏT HƏSƏNQULİYEV:  "Buna görə onu tənqid etmək yox, alqışlamaq lazımdır".


Şuşaya səfər zamanı Şeyxin Xameneinin nümayəndəsi Ocaqnejatdan sonra dayanıb namaz qılması cəmiyyətdə birmənalı qarşılanmadı.

Tv 713. az xəbər verir ki, məsələyə münasibətini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bununla bağlı moderator. az-a açıqlamasında aşağıdakıları bildirib.

"Qonağa hörmət bizim ən böyük üstünlüyümüzdür və adət-ənənəmizdən qaynaqlanır. Bir dəfə Şeyxlə Misirdə səfərdə idim. Misirin nüfuzlu din xadimlərinin və rəsmilərin iştirakı ilə görüş keçirilirdi. Görüş başlayarkən onlar qonaq kimi, hörmət əlaməti olaraq Şeyxdən xahiş etdilər ki, o, Qurandan ayələr oxusun və görüş başlasın. Əsas Xameneinin nümayəndəsinin Şuşaya səfəridir, qalan məsələlər təfərrüatdır. Şeyx nə etdiyini bilir və görünür, qonaqpərvərliklə yanaşı, həm də qonağın daha çox diqqət çəkməsini istəyib. Buna görə onu tənqid etmək yox, alqışlamaq lazımdır".
13-07-2021, 14:44
Вернуться назад