DataLife Engine / Sədərək istiqamətində mövqelərimiz atəşə tutuldu

Sədərək istiqamətində mövqelərimiz atəşə tutuldu


Sədərək istiqamətində mövqelərimiz atəşə tutuldu


İyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.

Müdafiə Nazirliyindən Tv 713. az-a verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
20-07-2021, 06:52
Вернуться назад