DataLife Engine / "Azəravtoyol" ASC- nin fəaliyyətində YARDIMLI MÜƏMMASI

"Azəravtoyol" ASC- nin fəaliyyətində YARDIMLI MÜƏMMASI

"Azəravtoyol" ASC- nin fəaliyyətində YARDIMLI  MÜƏMMASI


REDAKSİYADAN:
Ölkə mətbuatında Yardımlı-Masallı yolunun, həmçinin Yardımlı rayonunun kəndlərinə gedən yolların çox bərbad vəziyyətdə olmasıyla bağlı saysız-hesabsız şikayət xarakterli yazılar dərc edilib. Çox təəssüflər olsun ki, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti bütün bunlardan irəli gələn vəzifələri görməzdən gəlib. Və elə bununla da "Azəravtoyol" ASC dolayı yolla dövlət başçısının bu Cəmiyyətin yaranması və Cəmiyyətin görəcəyi işlərlə bağlı imzaladığı Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmir.

Maraqlıdır, dövlət başçısı özü dəfələrlə deyib ki, mən sosial problemlərlə bağlı mövzuların çoxundan sosial şəbəkələr vasitəsilə xəbər tuturam. Belə olan halda dövlət məmuru olaraq " Azəravtoyol" ASC-nin rəsmiləri nədən bu problemi görməzdən, eşitməzdən gəlirlər. Axı sosial şəbəkələrdə deyildiyi kimi bununla bağlı dəfələrlə yazılıb.

TV 713. az saytı belə şikayət xarakterli yazılardan daha birini dərc etməklə aidiyyatı instansiyaların diqqətinə çatdırır...



Yardımlı – Masallı yolunun harayı...


Yardımlı-Masallı magistral yoluna baxanda və ya o yoldan ötəndə adam lap xəcalət çəkir. Yolun kələ-kötürlü, dəlmə-deşik olması cəhənnəm, yol boyu ölçüsüz, bir tərəfi aya, bir tərəfi çaya baxan solğun rəngli qırıq-qırıq ağ xətlər rayonu təhqir etməkdən başqa bir şey deyil. Bütün xətlər razvalı qaçmış maşının təkər yerinə oxşayır. Son günlər yoldan istifadə edənlərin yəqin ki, diqqətini cəlb edib sözügedən xətlər. Çünki yola düzələndə həmin içkili, dəm adamın hərəkət zolağına oxşar xətlər adamın gözünə girir. Görün nə qədər özlərinə arxayındırlar ki, o yoldan sadə vətəndaşdan tutmuş nazirinə qədər ötüb keçən insanları heçə sayırlar. O yoldan hər gün məmurlar, dövlət nümayəndələri, İcra başçısı keçir... Məgər görmürlərmi!? Niyə iradlarını bildirmirlər!? Niyə bir tədbir görmürlər!? Niyə rayonun təhqir olunmasına göz yumurlar!?
Hələ yolun orta hissəsində bir döngədə (hamı görüb) aylardır 2-3 metr məsafəli bir lent çəkiblər ki, yani “burada yol çöküb, düzəldəcəyik”... İndi kişilər guya təxirəsalınmaz tədbir görmək istəyirlər. Aylar keçib həmin lent, həmin çökən yer yerində addımlamaqdadır. Nəyi gözləyirsiz!? Tam uçmağınımı!?
Yardımlı camaatından utanmırsız, heç olmasa bu yay fəslində rayona qonaq kimi, turust kimi gələnlərdən utanın...

HAMLET DADAŞOV
TV 713.az
21-07-2021, 10:13
Вернуться назад