MƏTBUAT ÜÇÜN YARADILAN ŞƏRAİT VƏ MƏTBUATIN ÖZÜ ÜÇÜN "YARATDIĞI" ŞƏRAİT
Mətbuat cəmiyyətdə baş verən proseslərin aynasıdır. Bugünkü Azərbaycan mediasının palitrası son dərəcə maraqlı və zəngindir. Heç kimə sirr deyil ki, Azərbaycanda mətbuat üçün yaradılan şərait bu gün bir çox hallarda belə demək mümkünsə, mətbuatın özü üçün yaratdığı şəraitdə qüsurlu nüansları da üzə çıxarır. Və nədənsə heç kim belə məqamlarda tapdalanan hüquqdan da danışmaq istəmir. Fikir azadlığı hər kəs üçün bəlli və görünən səviyyədədir. Bir çox hallarda mətbu prinsiplərə məhəl qoymadan istədiklərini yazanlar ixtiyari bir insanı məqamındaca hədəfə götürməyi bacarır, şantaj edir. Belə olandasa heç şübhəsiz ortalığa məhkəmə predmeti çıxır, cinayət məsuliyyəti yaranır. Nədənsə yalnız o zaman bunların təbirincə azad söz və insan hüquqları pozulur..
YARDIMLIDAKI REAL VƏZİYYƏT VƏ "İXRAC" OLUNAN QƏZƏBUnutmaq lazım deyil, söhbət media fəaliyyətindən gedirsə, onda qələm əhli yazdığının və danışdığının fərqində olmalıdır. Çünki media cəmiyyət və proseslər arasında körpüdür, media informasiya daşıyır, informasiya "ixrac" edir...
Ancaq nə yazıq ki, son dövrlərdə mətbu palitrada təqdim olunan yazıların bir qismi ya qərəz, ya da hər şeyi ancaq birtərəfli qaydada təqdimetmə faktoru üzərində qurulur.
Bir çox hallarda YARDIMLI RAYONU VƏ BU RAYONUN RƏSMİLƏRİYLƏ bağlı ölkə mediasında dərc edilən yazılarda da mətbu prinsiplərə əməl edilmir.
Heç kimə sirr deyil ki, bu gün Azərbaycanın bir çox rayon və şəhərləri müəyyən problemlərlə üz-üzədir. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Bu səbəblərin aradan qaldırılması, problemlərin həll edilməsi üçün bütövlükdə cəmiyyətin səfərbər olması, şəxsi nümunənin ortalığa qoyulması da əsas şərtlərdəndir. Təsadüfi deyil ki, dövlət başçısı, cənab İlham Əliyev "xalqın bir nömrəli xidmətçisi mən özüməm" deməklə, həm məmurlara, həm də bütün vətəndaşlara bir örnək göstərdi....
Dövlətçiliyimizin qorunub saxlanılmasında, ümumi problemlərimizin çözülməsində ictimai nərdivanda tutduğu mövqedən asılı olmayaraq hər kəsin bir məsuliyyət, hər kəsin bir cavabdehlik missiyası var. Məmurun yükümlülüyü olduğu kimi vətəndaşın da var. Bu mənada hansısa problemin həlli prosesində reallığa, əlahəzrət fakta deyil, daha çox ağız ədəbiyyatına üstünlük verməklə ictimai rəydə hansısa məmura, hansısa vətəndaşa qarşı mənfi rəy formalaşdırma cəhdi düzgün seçim deyil. Öncə geçəklər, faktlar incələnməli, tərəflər dinlənilməli, hər kəsin cavab haqqına hörmətlə yanaşmalı və bütün bunlar cəmiyyətə təqdim edilməlidir...
Çox təəssüflər olsun ki, aparılan müşahidələr də göstərir ki, kiçik bir araşdırmadan sonra məlum oldu ki, haqqında söz açacağımız materialda deyilənlər həqiqəti əks etdirmir...
Əslində nə yazıq ki, yaradıcı mühitdən daha çox biznes mühitini xatırladan bugünkü mətbuatımız informasiyaların təqdimatında demək olar ki, bütün mətbu prinsipləri unudur. Ağına bozuna baxmadan eşitdiklərini, kiminsə təqdim etdiklərini "fakt" kimi cəmiyyətə sırımağa çalışırlar. "Faktlar"ın araşdırılmasını bir yana qoyaq, ən azından haqqında "iddia" irəli sürülən subyektin özü belə bilərəkdən, ya da bilməyərəkdən unudulur, onun fikirləri, mövqeyi arxa plana keçirilməklə qərəz səciyyəli yazı ortaya qoyulur....
YARDIMLIDA GERÇƏYƏ TUTULAN AYNADA ƏYRİ GÖRÜNƏN "İDDİA"LAR "Yardımlıda büdcə pulları hara gedir.. – İDDİA" adlı yazıda da yuxarıda deyilənlər öz əksini tapıb.
"Teref.az istinadən Turantv.az xəbər verir ki, saytın poçtuna Yardımlıda büdcə pullarının mənimsənildiyi barədə məqalə daxil olub. Teref.az olaraq pooçtumuza daxil olan bu şikayət məktubunun nöqtə vergülünə belə əl dəymədən oxuculara təqdim edirik"...Əslində belə təqdimatla başlayan yazıdakı üslub, orfoqrafik və qrammatik səhvlər deməyə əsas verir ki, yazılanlar reallıq yox, fərdin gördüyü, arzu etdiyi qədərdən başqa bir şey ola bilməz. Belə yazıların formatlarından da apaydın görünür ki, deyilənlərə reallıq deyil, qəzəb hakim kəsilib. Bir çox hallarda informasiyanın gücüylə yanlış kodekslərin cəmiyyətə sırındığını, əsil həqiqətlərin önünə elə mətbuat adından istifadə edənlərin özləri tərəfindən pərdə çəkildiyini nəzərə alaraq adı çəkilən yazıda bəzi məqamlar üzərində dayanmaq və bununla bağlı gerçəklərə ayna tutmaq qərarına gəldik.....
Adı çəkilən sayt məqalə müəllifinin diliylə iddia edir ki;
"...Yardımlı rayonunda abadlıq işlərinin görülməsi üçün ayrılan vəsait nədənsə yoxa çıxır"....
"..Yardımlı rayonunun 2021-ci ilin büdcəsində abadlıq işləri üçün nəzərdə tutulan vəsait saxta tender adı altında mənimsənilib"...
"..Maliyyə Nazirliyi və İqtisadiyat Nazirliyi bu yeyintinin marağındadır və görməzdən gəlir"....
"...Yardımlı rayon İcra Hakimiyyəti başçısı və Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədov Yardımlı rayonunun Heydər Əliyev prospektində yerləşən, əvvələr Yardımlı rayonunun poçtu kimi fəaliyyət göstərən binanın özələşdirilməsi eşqinə düşüblər"
"...Təhsil naziri Emin Əmrullayev, Yardımlı rayon təhsilini bərbad vəziyətə salan Təhsil Şöbəsinin müdiri Manaf Səmədovdan sorusun görün bu poçt binasın niyə özələşdirmək istəyir, nə marağı var? Manaf Səmədov Milli Məclisin sədrinin müavini Fəzail İbrahimlinin və Təhsil Nazirliyinində çalışan Fərzalı Qədirovun qohumudur".....
"...Tenderlərin yoxlanılması baş versə görəcəksiniz ki Yardımlı rayonunda pullar necə yeyilir.
Saxta tenderlərin siyahısı bunlardır:
1. Yardımlı Rayon İcra Hakimiyyəti Yolların təmiri işlərinin satın alınması 22.07.2021
2.Yardımlı rayon icra hakimiyyəti başçısının Yardımlı şəhər ərazi nümayəndəliyi abadlaşdırma işlərinin satın alınması 16.08.2021
https://etender.gov.az/procurement-plan/5561
Bu saytda da özünüz görə bilərsiniz"...
Bütün bunlar səslənən "iddialar"ın bir qismidir..."
TENDER OLMAMIŞ VƏSAİT NECƏ XƏRCLƏNƏ BİLƏR?"
Yuxarıda səslənən iddialarla bağlı Yardımlı rayon icra hakimiyyəti başçısının müavini MAHİR MİRZƏYEVə müraciət etdik. Onu da vurğulayaq ki, digərlərindən fərqli olaraq Yardımlı rayon icra strukturu hər zaman mətbuata açıq olduğunu əməliylə isbatlayıb.
Tv 713. az saytı olaraq ötən zaman kəsiyində bu və ya digər məsələlərlə əlaqədar göndərdiyimiz sorğular, etdiyimiz müraciətlər anındaca adı çəkilən rayonun icra rəsmiləri tərəfindən cavablandırılıb...
"İddia"dan daha çox ağız ədəbiyyatı nümunələrini xatırladan yuxarıda deyilənləri təmkinlə dinləyən Yardımlı rayon icra hakimiyyəti başçısının müavini MAHİR MİRZƏYEV bizimlə söhbətində onu bildirdi ki, "deyilən tenderiin biri büdcədənkənar vəsaitlərə görə olduğu üçün icra hakimiyyəti tərəfindən tenderin nəticələri ləğv edilib. İkinci tenderimiz yolların əsaslı təmirinə görə olub. Bu tenderdə 6 müəssisə iştirak edib. Həmin 6 müəssisənin hər birində müəyyən sənədlərin çatışmazlığında problemlər olub və o problemlərə görə onun da nəticəsi barədə İqtisadi İnkişaf Nazirliyinə yazmışıq. Yenidən tender keçiriləcək. Əsil həqiqət bundan ibarətdir. O dediyiniz yazılanlarsa əsassız iddialardır".
Abadlıqla bağlı səslənən "iddia"ya gəlincə icra strukturunun rəsmisi bunları söylədi: "Hələ ki, zərflər açılmayıb. Çox güman ki, o da yaxın günlərdə açılacaq. Tenderə Bakıdan ekspertləri də dəvət etmişik. Bu işdə ekspertlər də iştirak edir və onların rəyləri əsas götürülür. Əgər bu gün sənəd tenderə çıxarılmayıbsa onda hansı pulun mənimsənilməsindən danışıla bilər? Bu mə məntiq, bu, nə təfəkkür, bu, nə düşüncədir? Necə yəni, "vəsait yeyilib"!? Tender olmamış vəsait nəinki "yeyilə", heç xərclənə bilməz? Yəni, o vəsaitlər nə abadlığa görə, nə yolların əsaslı təmirinə görə xərclənməyib"..
Haqqında danışılan "köhnə poçt binası"nın təhsil şöbəsinin balansında olduğunu bildirən Yardımlı rayon icra hakimiyyəti başçısının müavini Mahir Mirzəyevin söylədiyinə görə " Təhsil Nazirliyi bütün rayon təhsil şöbələrinin müdirlərinə məktub yazıb ki, bu qurumların balansında olan təhsil obyektləri icarədən çıxarılmalıdır. Yəni, heç bir qeyri təhsil obyektinə, kommersiya tipli işlərə icarəyə verilməməlidir. Bu, onların öz işləridir. Bizim onlara qarışacağımız yoxdur və bu, heç Manaf müəllimin səlahiyyəti çərçivəsində deyil ki, nə isə eləsin"...
Göründüyü kimi Yardımlı rayon icra başçısının müavini Mahir Mirzəyevin qısa və lakonik cavabında səslənən bütün "iddialar"a tam şəkildə aydınlıq gətirilib...
AYRILAN DOTASIYA FONUNDA "IDDİALAR"A BAXIŞSonda bir məqamı da qeyd etmək yerinə düşər.
Azərbaycanın inzibati ərazi vahidlərinin mənzərəsini diqqət edəndə görürük ki, hazırda 10 respublika tabeli şəhər, 56 rayon, 14 şəhər tərkibində rayon var. Naxçıvan Muxtar Respublikasında isə 1 şəhər və 7 rayon var ki, ümumilkdə Azərbaycan üzrə şəhər və rayonların sayı 88-ə bərabərdir.
O da məlumdur ki, 2020-ci ildə Azərbaycanın 39 şəhər və rayonu daxili xərclərini öz gəlirləri hesabına ödəyəcəyi nəzərdə tutulmuşdu.
Bu baxımdan Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərindən, Abşeron, Ağcabadi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Ağsu, Cəlilabad, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonları dövlət büdcəsindən dotasiya almayıb.
Əgər rayonların bir qisminə mərkəzi büdcədən nisbətən az vəsait ayrılsa da, bəzi rayonların daxili xərclərinin 70-80 faizi ayrılan dotasiyalar hesabına ödənilir.
Bütövlükdəsə rayon və şəhərlərin yerli büdcəsi əsasən aşağıdakı mənbələr hesabına formalaşır:
- yerli vergilər
- kurort, mehmanxana, avtomobil dayanacaqlarından əldə olunan gəlirlər
- rayon və şəhər ərazisində yerləşdirilən reklamlardan alınan haqlar
- mövcud qanunlara uyğun olaraq yerli büdcələrə keçirilən cərimələr
- fiziki və hüquqi şəxlərin, beynəlxalq təşkilatların maliyyə yardımları və qrantları....
Yardımlı rayonu da dotasiya ilə dolanan rayonlardandır. Belə olan halda yaxşı olardı ki, "iddia"ları yayımlayan sayt öncə Yardımlıya ayrılan dotasiya, dotasiyaların xərclənmə istiqaməti və mövcud problemlər arasında da bir paralellər aparaydı. Yardımlıda su yoxdursa, "Azərsu"nun, qaz yoxdursa "Azəriqaz"ın, yol bərbaddırsa "Azəravtoyol"un yarıtmaz fəaliyyətindən yazaydı və yazılmalıdır da. Və ən əsası, bütün bu problemlərlə bağlı vətəndaşlar tərəfindən aidiyyatı instansiyalara müraciətlər edilibmi? Nəzərə alsaq ki, elə həmin dotasiyaların ayrıldığı zaman məhz həmin problemlərlə bağlı müraciətlər də nəzərə alınır. Belə müraciətlər ortalıqda yoxdursa və ayrılan kiçicik dotasiyalar da yerli əmək haqlarına, sosial xarakterli yardımlara və digər ünvanlara xərclənirsə, onda problemlərin yerdə saymasına elə vətəndaşın özü günahkardır. Vətəndaşın qazı yoxdursa, mətbuatdan öncə "Azəriqaz"a üz tutmalıdır, eləcə də digər instansiyalara ki, hər kəs öz məsuliyyət və cavabdehlik hissini dərk edib gərəkən addımı atsın.
MÜŞFİQ RƏHİMOV
Tv 713. az