DataLife Engine / Sabir Rüstəmxanlıdan benzinin qiymətinin artırılmasına etiraz

Sabir Rüstəmxanlıdan benzinin qiymətinin artırılmasına etiraz



Sabir Rüstəmxanlıdan benzinin qiymətinin artırılmasına etiraz

Əvvəllər də dəfələrlə demişik: ölkənin Tarif Şurasının və əlaqədar idarələrinin qiymətqoyma siyasətini başa düşmək mümkün deyildir. Bunlar hansı məntiqlə hərəkət edirlər?

Tv 713 .az xəbər verir ki, bunu millət vəkili Sabir Rüstəmxanlı deyib.

“Əhalinin qazancından, dolanışıq imkanlarından xəbərləri yoxdurmu? Belə çıxır ki, gecə yatıb yuxuda nə görürlər, sabah onu həyata keçirirlər. Yoxsa neft ixrac edən bir ölkədə benzinin qiymətinə bir ildə üç dəfə əlavə artım gəlməsi nə deməkdir? Axı yanacağın bahalaşması anındaca bazarda bütün məhsulların qiymətini qaldırır və bunu inkar etmək mümkün deyildir. Qalib bir ölkədə əhalini rəsmi dairələrdən narazı salan belə addımları atanların niyyəti nədir?" - millət vəkili bildirib.
19-09-2021, 17:01
Вернуться назад