65 yaşlı təhsil işçilərinin nəzərinə!
Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən yuxarı olan şəxslər də qoşula biləcək.
Tv 713.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.
Texniki heyət üzrə yaşı 65-dən yuxarı olan işçilər də işə cəlb olunacaq.
Qeyd edək ki, əvvəl yaşı 65-dən aşağı olan təhsil verənlər təhsilə cəlb olunmalı idi.
22-09-2021, 13:17
Вернуться назад