DataLife Engine / Məni Laçının işğalına görə həbs etməmişdilər...

Məni Laçının işğalına görə həbs etməmişdilər...


Məni Laçının işğalına görə həbs etməmişdilər...

ARİF PAŞA

Məni Laçının işğalına görə həbs etməmişdilər...

Mən Laçın camaatının ağsaqqalarından olan çox hörmətli Qəzənfər Hüseynovun sözünü eşidərək , Mahir Cavadov haqqında yazdığım statusu qapatdım.
Mahir Cavadov isə məni blok edərək haqqımda ən müxtəlif böhtanlar yayır və mənim bu böhtanlara cavab verə bilmək imkanlarımın olmamasını bilməyən bəziləri " hanı Arif Paşayev?" , " niyə gizlənib , cavab vermir ? " kimi suallar verirlər...
Mən buradayam və istənilən suala cavab verməyə hazıram!
Mən mənəvi və əxlaqi dəyərləri nəzərə alaraq bəzi həqiqətləri demək istəmədim!
Cinayətkar , qatil , oğru Mahir Cavadov bunu başa düşmək istəmədi!!!
İndi mən 1993- cü ildə həbs edilməyimin səbəbini Azərbaycan xalqına deyəcəyəm!
Məni Laçının işğalına görə həbs etməmişdilər...
Səbəb TAMAMİLƏ BAŞQA idi!
Mahir məni bunu deməyə məcbur etdi!
1993 -cü ilin iyun ayının 9- da Mahir Cavadovun atası Bəxtiyar Cavadov millət vəkillərindən birinin evinə gələrək mənim mərhum Heydər Əliyevə qarşı terror etmək " məqsədim" barədə barədə məlumat vermiş və onunla birlikdə Heydər Əliyevin yanına gedərək bu
" məlumatı" ona çatdırmışdı!
Mən buna görə həbs edildim...
Amma bu işin " örtüyü" Şuşa - Laçın məhkəməsi oldu!
Hər kəs və hər şey haqqında deyiləcək!
Abırlı münasibət abırlı tərəfə tətbiq olunar!!!


QEYD: Yazı Arif Paşanın feysbuk səhifəsindən götürülüb

13-10-2021, 16:45
Вернуться назад