DataLife Engine / Vətən savaşının xronikası: 14 oktyabr

Vətən savaşının xronikası: 14 oktyabr



Vətən savaşının xronikası: 14 oktyabr



2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Tv 713 .az Vətən savaşının xronikasını təqdim edir:

1. Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib.

2. Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarının bir neçə kəndlərinin işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

3. Ermənistan Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.

4. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

5. Ermənistanın ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb.

6. Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 1 nəfər həlak olub.

7. Ermənilər Tərtərdə AZTV-nin əməkdaşlarını atəşə tutdu, xəsarət alan var.

8. Erməni təxribatı nəticəsində ölən dinc sakinlərin sayı 43 nəfərə çatıb.

9. Düşmənin daha bir PUA-sı məhv edilib. Məhv edilən düşmən raket komplekslərinin start mövqeyinə çıxarılmasının videogörüntüləri yayılıb.

10. İşğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsü yayılıb
14-10-2021, 01:00
Вернуться назад