Mən onların "persona non-qrata" elan edilməsi barədə təlimat verdim.
Tv 713. az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Yatırlar, qalxırlar, Kavala. Kavala Sorosun Türkiyə qoludur. Onun üçün Xarici İşlər Nazirliyinə 10 səfir gəlir. Bu nə tərbiyəsizlikdir?
Türkiyəni tanıyacaq, anlayacaq, biləcəklər. Türkiyəni tanımadıqları, anlamadıqları gün buranı tərk edəcəklər", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ın Ankaradakı səfirləri Türkiyəni Osman Kavalanı həbsdən azad etməyə çağırmışdı.