1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə həbs edilən Ambik Sasunyan Ermənistana gəlib.
Tv 713. az xəbər verir ki, bu məlumatı Daşnaksütyun Partiyasının Amerikadakı rəsmi nümayəndəliyi yayıb.
Qeyd edək ki, Sasunyan ASALA-nın qanadı sayılan Erməni Soyqırımına Münasibətdə Ədalət Mübarizləri terror təşkilatının üzvü olub.
O, cari ildə Los-Anceles Dairə Ali Məhkəməsinin qərarı ilə həbsdən azad edilmişdi.