44 günlük Vətən müharibəsində 2914 nəfər hərbi qulluqçunun şəhid olduğu rəsmən açıqlanıb.
Tv 713.az Musavat.com-a istinadla xəbər verir ki, 2914 hərbçimizin şəhid olduqları istiqamətlər üzrə göstəricilər belədir:
1. Füzuli - 812 nəfər
2. Suqovuşan - 644 nəfər
3. Xocavənd - 412 nəfər
4. Şuşa - 357 nəfər
5. Murovdağ - 234 nəfər
6. Qubadlı - 173 nəfər
7. Cəbrayıl - 155 nəfər
8. Laçın - 58 nəfər
9. Zəngilan - 37 nəfər
10. Ağdam - 29 nəfər
11. Ağcabədi - 2 nəfər
12. Bərdə - 1 nəfər
Orta hesabla müharibənin hər günü 70 əsgərimiz şəhid olub.
Ruhları şaddır, inşallah. Azərbaycan bu şəhadətlər sayəsində yenidən doğdu!