Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç koronavirus pandemiyasının başa çatacağı tarixlə bağlı fikirlərini açıqlayıb.
Tv 713. az xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalının efirində danışıb.
ÜST rəsmisi bildirib ki, pandemiya yalnız əhalinin kifayət qədər kütləvi immunitetinin malik olduğu halda dayanacaq.
Melita Vuynoviçin sözlərinə görə, Avropa regionunda, o cümlədən Rusiyada son iki həftə ərzində yoluxma səviyyəsi təxminən 18% artıb. “Kollektiv immunitet yalnız aktiv peyvəndlə mümkündür”, - o əlavə edib.