DataLife Engine / VHP Lalə Şövkət Hacıyevanın təbrik etdi

VHP Lalə Şövkət Hacıyevanın təbrik etdi



VHP Lalə Şövkət Hacıyevanın təbrik etdi


Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus, təkrarolunmaz mövqeyə sahib olan Lalə Şövkət Hacıyevanın 70 yaşı tamam olur. Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası Lalə xanımı təbrik edib. Təbrikdə deyilir:

" Əziz Lalə xanım, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.
Sizin yüksək intellektiniz, zəngin siyasi təcrübəniz, keçdiyiniz parlaq və nümunəvi siyasi yol istənilən siyasətçi üçün etalon ola bilər. Yüksək mənəvi keyfiyyətlərə əsaslanan fəaliyyətiniz Sizə Azərbaycanın ən yeni tarixində xüsusi yer qazandırıb. Siz Azərbaycam qadınının tarixən formalaşan cəsarət, mübarizlik və ləyaqət dəyərlərini siyasətə gətirərək "olduğunuz kimi görünmüş, göründüyünüz kimi olmusunuz.

Hörmətli Lalə xanım!
Sizi bir daha yubileyiniz münasibəti ilə səmimiyyətlə təbrik edir, Şəxsinizə uzun ömür, can sağlığı arzulayı, həyat idealınız olan bütöv, qüdrətli, demokratik Azərbaycan quruculuğuna yönəlik mübarizənizdə uğurlar diləyirik".
7-11-2021, 14:18
Вернуться назад