DataLife Engine / Bayramov Mirzoyanla Parisdə görüşdü

Bayramov Mirzoyanla Parisdə görüşdü


Bayramov Mirzoyanla Parisdə görüşdü

Fransanın xarici işlər naziri Jan-İv lö Drian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Tv 713. az Report-a istinadla xəbər verir ki, öncə fransalı nazir həmkarlarını ayrı-ayrılıqda qəbul edib. Daha sonra görüş üç nazir arasında baş tutub.

Görüş zamanı Fransa diplomatiyasının rəhbəri ölkəsinin Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması naminə tərəflər arasında dialoqun intensivləşməsinə yardım etmək istəyini bir daha vurğulayıb.

Nazir həmkarları ilə siyasi səviyyədə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib.

11-11-2021, 06:37
Вернуться назад