DataLife Engine / VÜQAR MURADOVUN TƏQDİM ETDİYİ GÜZGÜ

VÜQAR MURADOVUN TƏQDİM ETDİYİ GÜZGÜ


VÜQAR MURADOVUN TƏQDİM ETDİYİ GÜZGÜ

İGİD TEYMURLU



VƏTƏNDƏ QƏRİB KİMİ YAŞAMAQ

Vüqar Muradov düppədüz söyləyir. Cəmiyyət olaraq biz bir çox dəyərləri tapdalamağı sanki həyat kredomuza çevirmişik. Meydanı bayquş səsinə veriblər, bülbüllər də kənardan sızlayıb baxır. Bu cəmiyyətdə yer tutmaq üçün, ictimai nərdivanda bir pillə irəliləmək üçün kiminsə bığının altından keçmək günün yaşam prinsipinə çevrilib. Oğru doğruluqdan, fahişə əxlaqdan, despot ədalətdən danışır bu cəmiyyətdə. Vətən, millət, dövlət anlamı hansısa fərdlərə münasibətin formatıyla ölçülür. VƏTƏNLƏŞƏN yurddaşlarımız bu məmləkətdə qərib kimi ömür sürməkdədir. Bu məmləkətdə ən çox qınaq obyektinə çevrilən, ən çox gözümçıxdıya salınan, ən çox haqqı tapdalanan da həmin VƏTƏNLƏŞƏN yurddaşlarımızdır. Səsiylə, Sözüylə, ƏMƏLİYLƏ, Qələmiylə, Mücadiləsiylə bu dövlətin varoluşunu ayaqda saxlayan insanlar rəhbər strukturların gözündə sanki xoxan obrazındadır....

Müğənnisən, mədəniyyət nazirinə yaltaqlanmayacaqsansa , onun bığının altından keçmiyəcəksənsə heç bir tədbirə dəvət almayacaqsan, fəxri ad üzünə həsrət qalacaqsan!!!!

Jurnalistsənsə, Əflatun Amaşovun dediklərini Quran ayəsi kimi qəbul edib, Əflatuna konspekt verənlərin havasınca oynamadınsa, elementar bir informasiyanı işləyib hazırlaya bilməyənlər Sözün Sehrindən Qala yapan insanlardan üstün tutulacaq!!!!...

BAXIN: "...ağıllı hərəkət edib bu cəmiyyətdə baş verənlərə biganə yanaşıb heç nə yazmayanlara 10 minlərlə pul verib toylarınıza çağırdınız var-dövlət sahibi etdiniz, amma Vüqarın adı gələndə "əşi o aqressivdir, emosionaldır, kobuddur" - deyib toylarınızda görmədiniz, bilirsiniz niyə?"...

Niyəsini müğənni Vüqar Muradov öz paylaşımında çox dürüst bir şəkildə qeyd edib, istəyən açıb baxa bilər....

Mənim bu Adamla heç şəxsi tanışlığım, hansısa bir yazışmalarım da yox. Sadəcə olaraq, sosial şəbəkədə olan virtual dostlardandır. Vüqarın sosial şəbəkədə etdiyi bu paylaşımı ilə rastlaşdım. Və bu paylaşım sanki güzgü qırıntılarında görünürdü - sındırdığımız güzgü qırıntılarında. Bax o güzgü qırıntısında Vüqar cəmiyyətimizin real görüntüsünün kiçicik bir qismini qeyd edib....

O güzgünü biz cəmiyyət olaraq çoxdan sındırmışıq, indi də o güzgü qırıntılarında özümüzə baxıb ya sığal-tumar veririk, ya da eybəcərliyimizin təqdimatı qarşılığında bir-birimizi linç edirik...

Açın baxın sosial şəbəkəni: 44 günlük Qarabağ savaşı zamanı Vüqar Muradovun hərəkətlərini, davranışlarını, addımlarını, çağırışlarını özündə əks etdirən paylaşımlarla müqayisədə bu gün toylarınızda başa keçirdiyiniz, tədbirlərdə başda oturtduğunuz "xalq, əməkdar artist" adına ləkə olan ikayaqlı varlıqların da etdiklərinə....

SƏMİMİ DEYİRƏM. Mən də bu savaş zamanı ən birincilər sırasında hərbi komissarlığa gedib müharibəyə yollanmaq arzumu bildirdim. Amma aparmadılar. Ancaq Vüqar məndən, səndən, ondan fərqli olaraq belə "əngəl"lə rastlaşsa da, o səddi adlayıb aktiv döyüş bölgəsinə getdi. Onu o döyüş bölgəsinə aparan içindəki Vətən, yurd sevdalı Ruhu idi. Əgər bu gün Sizlər yurd sevdalı Vüqar kimi Oğlanları görməzdən gəlirsinizsə, demək ki, həm də Vətən sevdalı Ruhumuza qənim kəsilmisiniz!!!

Və bütün sahələrdə həp böylə!!!

Yapmayın bunu!!!

Və hər birimiz də beləcə seyrçi mövqedə dayanıb olanları seyr etməkdəyik....

Hərənin öz məmləkəti var Azərbaycanda, içinizdə Azərbaycanı parçalamayın!!!

Görünən budur ki, biz AUTİST məmləkətin övladlarıyıq...

Pafosla danışmağına dəyməz və buna ehtiyac da yox. Elə yuxarıda haqqında söz açdığım Vüqar Muradov sizin Şuşaya, işğaldan azad edilmiş torpaqlarımıza yığıb apardığınız o şou əhlindən azmı xidmət edib bu Vətənə!? Yaxud, Vüqar Muradovun bir müğənni kimi potensialı bəzi dingildəyən, sənƏTİNƏ GÖRƏ "xalq artisti, əməkdar artist" adını verdiyiniz, xalqa "qaraçı, dilənçi" epiteti yapışdıran ikiayaqlı varlıqlardan bəyəm azdır?...

Amma hərdən belə hallara adam sevinir. Nədənini deyimmi? Çünki həmin tədbirlərə dəvət edilənlərin siyahısına baxanda görürsən ki, bunlar hamısı multikulturaldır, erməniyə düşmən kimi baxmayanlardır, uşaqlarını erməniyə münasibətdə dost və qardaş kimi böyütmək istəyənlərdir. O baxımdan sevinirəm ki, nə yaxşı ki, belə tiplərin sırasında Vüqar Muradovlar yoxdur...

AMMA VƏ LAKİN...dərd orasındadır ki, cəmiyyətin özü də baş verənlərə münasibətdə elə həmin rəsmilər kimi davranmadadır. Kimsə toy edirsə, elə həmin dingildəyənlərə önəm verir, mətbuatın özündə də qarğış və söyüş janrıyla kimlərəsə trolluq edənlər "as jurnalist" kimi cəmiyyətə təqdim edilir.

VƏ BÜTÜN BUNLARI GÖRƏNDƏ ŞEYTANIN VƏSVƏSƏSİ İNSANI " BUDURMU MİLLƏTİN, DÖVLƏTİN SƏNƏ VERDİYİ QİYMƏT!?" DİLEMMASIYLA ÜZ-ÜZƏ QOYUR!!!!

Məmləkətin bütün spektri əxlaqa söykənməyən siyasətdə bir vasitəyə çevrilib və həm də deyəsən bundan xoşnud olanlar da var...

BİLİRSİNİZ NİYƏ?

Çünki "..görüm ağuya dönsün soxaya qalmış çörəyi; yaxşı möhtac elədi qəhbəyə, oğraşə məni"....

Bəli, bu baxımdan Vüqar Muradov düppədüz söyləyir. Bütün deyilənlərin sonucu olaraq ictimai nərdivanda bir pillə yuxarı qalxmaq istəyirsənsə OPİORFİN yağışına islanmağı həyat kredosuna çevirənlərə "dur!" deyilməlidir. Ki, VƏTƏNLƏŞƏN YURDDAŞLARIMIZ bu Vətəndə qərib kimi yaşamasınlar....
3-12-2021, 09:52
Вернуться назад