YARDIMLININ SEÇİLMİŞLƏRİ VƏ NƏNƏMDƏN İQTİBAS
İGİD TEYMURLU
SÖZ ADAMI İQBAL NƏHMƏTƏ
Bayaq şeirlərini sevə-sevə oxuduğum Yardımlı kökənli şair İQBAL NƏHMƏTin bir paylaşımına rast gəldim. Şair növbəti parlament seçkisində Yardımlı rayon poçt filialının rəisi vəzifəsindən öz arzusuyla uzaqlaşan Anar Əkbərlinin namizəd olmasını arzulayır, bunun nədəninə aydınlıq gətirir və onu dəstəkləyir. Rəhmətlik cicəm demişkən, " isdəmiyən qarx olsun". Allah arzuna çatdırsın Səni, Şair! Və Anar müəllimə də bundan sonrakı fəaliyyətində uğurlar!..
AMMA VƏ LAKİN...Qadan alım, ay Şair, inciməyin, adama deyərlər ki, bunca Seçilmişləriniz, bunca kübarlarınız, bunca mərhəmət sahibləriniz, bunca hər dərdə dəva edən seyidləriniz, bunca bir fətvayla həlli müşkül olan problemləri aradan qaldıran Xamneyi təfəkkürlü mollalarınız, bunca ....bunca....bunca yardımlılarınız varsa, bunlar ortada ola-ola, NƏDƏN YARDIMLI BU GÜN BİR FƏLAKƏTİN GİRDABINDADIR, AY BAŞÜYƏ DÖNÜM!?...
"DEMƏSƏM, ÖLLƏM, ÖLLƏM, ÖLLƏM"..
YOLU YOX, QAZI YOX, SUYU YOX, İŞIQ DİRƏKLƏRİ MƏFTİLLƏRDƏN ASILI QALIB, ƏKSƏR KƏNDLƏRDƏ TELEFONU YOX, KƏNDLƏRDƏ KLUBU YOX, KƏNDLƏRDƏ KİTABXANASI YOX, SƏHİYYƏ MƏNTƏQƏLƏRİ YOX, İŞ YERİ YOX, SƏNAYESİ YOX, KƏND TƏSƏRRÜFATI YOX, TƏHSİLİ SIFIRDAN BİR AZ YUXARI SƏVİYYƏDƏ, SƏHİYYƏSİ ONDAN BETƏR, MEŞƏLƏRİ YOX....
BU fikirlərin Anar müəllimə qətiyyən aidiyyatı yoxdur, ən azından ona görə ki, mən fərd olaraq bu Adamı şəxsən tanımıram, onun fəaliyyətindən də xəbərsizəm. Ona görə də yazıda hansısa ifadədə bir yanlışlıq olarsa, bu, Anar müəllimdən dönə-dönə uzaq olsun...
Bu gün Yardımlıda yaşayanlar daha çox kimin kim olduğunu məndən qat-qat artıq bilərlər. Sevdiyim, şeirlərində öz duyğularımın əksər qismini tapdığım bir Şairin təqdimatından virtual olaraq tanıdığım Anar müəllimin də doğma Yardımlımızın Seçilmişlərindən olması inandırıcıdır....
Təqdimatlarda bu Seçilmişlər az qala Hatəm səxavətli göstərilir...
Ayə qağa, sənin qadalaruyi alım, hanı bunların səxavəti, hanı bunların mərhəməti, lap belə hanı bunların "yerlibazlığı"?
Ayə, qağa, sənin qadalaruy alım, Bakıdakı daş karyerləri, Bakıdakı qul bazarları yardımlılarla doludur e!!!...
Allah keçsin günahımdan, qulaq günahkarıyam, buna şahidlik edəməm. Dostlar, tanışlar məni görən kimi bir ağızdan söyləyirlər: "sizinkilər Yardımlıdan ta Qaradağa qədər yol qıraqlarında nəzir yığıb, evbəev dua-piti yazmaqla məşğuldular. Kimi dilləndirirsən, "Yardımlı seyidlərindənəm" deyir"....
Ayə, qağa, qadalaruy alım, özünü Peyğəmbər (s.a.s), Əli (r.a) soyundan sayan "seyid" də qapı-qapı gəzər? Bu, yardımlıları betdam eləmək deyil, bəs nədir? Hanı Sizlərin Seçilmişləriniz, nöşün bu işə bir əncam çəkmirlər?...
Şair, mən 1985-ci ildən Bakıda yaşayıram. Bu illər ərzində Sizlərin təqdim etdiyiniz Seçilmişlərdən hələ bir nəfəriylə rastlaşmadım ki, "Yardımlı" adı gələndə adamı bir xoş sifətlə qarşılasın, mümkün olan hansısa problemin həllində yardımlılara kömək göstərsin. Adlarını söyləmirəm, Bakıda ""bərkgedən " Yardımlı kökənli xeyli iş adamı var, şirkətləri var. Nə olar ki, o qul bazarlarında "xazeyinlər"in mənlikləri ilə oynadıqları 5-6 Yardımlı kökənlini öz yanında işə götürsün
Amma bir nüansı da deyim. Görürsən bir Yardımlı kökənli yurddaşımız gəlib adama deyir ki, "sənin Rüstəmxanlıyla tanışlığın var?". Deyirsən, bəli. Qayıdıb adama deyir ki, "mənim oğlum narkotik üstündə türmədə yatey, səni Alla, mənim adım olmasun, başüə çörülüm, ona bi ağız açginən. bəlkə Rüstəmxannu bizə bir köməy elədi"...
Qayıdıb deyirsən ki, ay Allah kümöyü üçürtsün, buna görə Rüstəmxanlıya ağız açarlar. Bu da başlayır həm Rüstəmxanlını, həm də səni söyməyə, qarğış eləməyə...
İndi ola bilsin ki, Sizlərin Seçilmişləriniz də belə şeylərdən qaçmaq üçün heç Yardımlı adını da çəkmirlər. Amma Sizlərin təqdimatınızı görəndə adamın ağzının suyu axır...
Amma istənilən halda Sizlərə təşəkkür düşür. Ki, Öndə Gedənlərimizi, Seçilmişlərimizi bizlərə tanıdırsınız, bu da yetərlidir. Öz nənəm (anam) də daxil olmaqla bütün Anaların əllərindən öpürəm. Nənəmin bir sözü var e, Şair. Nənəm deyir ki, bax belə məqamlarçün söylənib bu məsəl: " Qoy görən desün yari var". Məsələn, mən fəxrlə şeşəllənirəm ki, Milli Məclisin (oxu: Sahibə xanım Qafarovanın deputatxanası) 3 "millət vəkili" Yardımlı kökənlidir. Adama deyərlər "hə, noooolsuuun?"...
Dəyərli Şairimiz onu da vurğulamaq zorundayam. Qorxuram ki, Sənin parlament seçkisiylə bağlı bəyan etdiyin arzu və istəyindəki duyğuların Seçilmişlərimizdən olan hörmətli Musa Qasımlının xətrinə dəyər aaa!! Axı bizdə postlar əbədidir, bəgəm bilmirsən?. Siz seyidlərdən bərk yapışın, bunlardan bir şey çıxmayıb, nə çıxsa onlardan çıxacaq. Milli Məclisdə kim onların sözünə baxmasa qoy nifrin yağdırsınlar ki, Yardımlını fəlakətlə üz-üzə qoyanlar "MƏLİXALAR və SƏLİXALAR"ın qəzəbinə düçar olsunlar. Özüm rəhmətlik cicəm demişkən, "qəsidi" yavaşdan deyirəm ki, hörmətli Sabir Rüstəmxanlı ilə hörmətli Musa Qasımlı eşitməsin: Solsahil Yardımlıya azadlıq!!!!
3-12-2021, 19:34
Вернуться назад