DataLife Engine / AUTİZM SİNDROMU VƏ AZƏRBAYCAN

AUTİZM SİNDROMU VƏ AZƏRBAYCAN


AUTİZM SİNDROMU VƏ AZƏRBAYCAN

İGİD TEYMURLU

SİZƏ YALAN DANIŞIRLAR, CƏNAB PREZİDENT!




AUTİZM sindromu və Azərbaycan. Azərbaycanın üzləşdiyi ən böyük qlobal problemlərdən biri. Və Azərbaycanda yarıtmaz məmur ucbatından diqqətdən kənarda saxlanılan bəla. Milıət oıaraq biz autizm adlanan bəlanın içindəyik, cənab Prezident, Sizə yalan danışırlar. Bu gün Azərbaycanı autizmin doğura biləcəyi partlayışa sürükləyənlər var. Bəs Azərbaycanı bu bəlanın doğura biləcəyi partlayışla üz-üzə qoyanlar kimdir?...

Hər şeydən öncə vurğulamaq lazımdır ki, AUTİZM sindromunun reabilitasiyası xarakterindən asılı olaraq kompleks yanaşma tələb edir. Yəni, bu sindromun reabilitasiyası təkcə valideyindən deyil, bütövlükdə dövlətin aidiyyatı instansiyalarının koordinativ fəaliyyətinin məhz bir istiqamətə yönəldilməsindən asılıdır. Uşaq bağçalarından tutmuş ta bu vətəndaşın cəmiyyətə adaptasiyasına qədər, onun yaşayış tələblərinin təminatına qədər hamısı birbaşa dövlətin nəzarəti altında olmalıdır. Çünki bu proses külli miqdarda para tələb etdiyindən mövcud durumda hansısa Azərbaycan vətəndaşının bunu qarşılamaq imkanı yoxdur...

İllər ötdükcə dünən uşaq olan AUTİZM sindromlular da böyüyür. Onlar böyüdükcə onların problemləri də böyüyür. Özünəqulluğun incəliklərini mənimsəyə bilməyən bir uşağa qulluğun hansı əziyyətləri adama "bəxş" etməsinin fərqindəsinizmi, xanımlar və bəylər!...

Bu günün mövcud qanunvericiliyi və bu qanunvericiliyə söykənərək vətəndaşa "xidmət" göstərən instansiyaların əməlləri onu deməyə əsas verir ki, AUTİZM SİNDROMLU uşaqlar dərdləriylə baş-başa buraxılıblar.

Əfəndilər, AUTİZM SİNDROMLU uşaqlar da bu dövlətin tam hüquqlu vətəndaşlarıdır. Onların təhsil alması, onların müayinəsi, müalicəsi, işlə təminatı, yaşayış səviyyəsinin yüksəldilməsi, mənzil şəraitinin yaxşılaşdırılması birbaşa dövlətin aidiyyatı instansiyalarının boyun borcudur.

Gerçəkdə necə, həmin instansiyalar öz vəzifələrini yerinə yetirirlərmi?

XEYİR VƏ YENƏ DƏ XEYİR!

Mlli Məclis səviyyəsində qəbul edilən qanunlar, NAZİRLƏR KABİNETİNİN təqdim etdiyi təlimatlar və bunun adiyyatı instansiyalar tərəfindən icrasından belə nəticəyə gəlmək olur ki, sanki DÖVLƏT autizm sindromlu uşaqlara sahib çıxmır!

Bu, nə qanundur ki, AUTİZM SİNDROMLU uşaqlara xidmət haqqı kimi dövlət tərəfindən onun anasına 50 manat pul verilsin!?

Bu, vətəndaşı ələ salmaqdır, cənab MUSA URUD!!!

Bu, vətəndaşa tüpürməkdir, cənab MUSA URUD!!!

Cənab Əli Əsədov və cənab Musa Urud, Sizin övladınız AUTİZM SİNDROMLU olsaydı və həyat yoldaşlarınıza o uşaqlara xidmətə görə 50 manat pul verilsəydi, necə davranardınız?..

İndiki dövrdə 50 manatla nə etmək mümkündür? Həmin AUTİZM SİNDROMLU uşağa qulluq edən xanımın artıq hansısa bir yerdə işləməsi tam mümkünsüzdür. Dövlət olaraq siz bu adama 50 manat pul verirsiniz. Allahdan qorxun, Allah belinizi qırar! 4 nəfərlik bir ailənin ortalama aylıq kommunal xərci 200-220 manatdır, aylıq reabilitasiya xərci 1500-2000 manatdır, xəbəriniz varmı, cənab Əli Əsədov və cənab Urud MUSA!? 150 manat uşağa, 50 manat uşağa xidmət edən anaya müavinət verirsiniz. Özünüz də deyirsiniz ki, bu gün AZƏRBAYcanda minimum yaşayış səbətinin qiyməti 550 manatdır....

Sizə baxmayın, İlahi Ədalət hər şeyi öz qədərində qiymətləndirir, günün birində milləti boğduğunuz bu çamurların içində sizlər də inləyicəksiniz, onda gec olacaq!!!...

MİLLİ MƏCLİSin səhiyyə, elm və təhsil, insan haqları, sosial siyasət və digər komissiyaları daha çox autizm sindromu adı altında fəaliyyət göstərən kəslərə öz biznes maraqlarını inkişaf etdirmək üçün münbit şərait yaratmaqla məşğuldur! Qəbul edilən qanunlarda yazılanlar, o qanunların icra mexanizmi və bu mövzuda xalqın gözləntiləriylə bağlı addımların atılmaması bunu deməyə əsas verir!

Millətin pensiyasını kəsmək iş deyil, cənab Sahil Babayev. Hanı rəhbərlik etdiyiniz qurumun autizm sindromlu uşaqların reabilitasiyası, bütün növ təminatlarla bağlı ortaya qoyduğu proqram!?

SƏHİYYƏ NAZİRLİYİ,TƏHSİL NAZİRLİYİ
STATİSTİKA KOMİTƏSİ, ƏMƏK və ƏHALİNİN SOSİAL TƏMİNATI NAZİRLİYİ, BÜTÖVLÜKDƏ ƏLİ ƏSƏDOV KABİNETİ, SİYASİ PARTİYALAR, İCTİMAİ BİRLİKLƏRİN heç biri bu konuda xalqla təmasda deyil! Yalandır! Onlar ancaq onları maliyyələşdirən boslarla təmasdadılar və xalq deyəndə də ancaq və ancaq həmin bosları fikirləşirlər! Xalqla təmasda olsaydılar, bir dəfə də bu problemi qabardar, problemi həlli yollarını arayar, poblemin həlliylə bağlı dövlət qarşısında ardıcıl və sistematik olaraq məsələ qaldırar, kompleks fəaliyyət ortalıqda olardı.

CƏNAB PREZİDENT!
YUXARIDA ADLARI HALLANAN DÖVLƏT QURUMLARI, BÜTÜN İNSTANSİYALAR, BÜTÜN TƏŞKİLATLAR, BÜTÜN ORQANLAR VƏ BİRLİKLƏR, KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ autizm sindromlu uşaqların dərdləriylə oynayır, bu problemlə bağlı məsələlərin həllində əsaslı heç bir iş görmürlər!

CƏNAB PREZİDENT, Sizə yalan danışırlarAutizm sindromundan əziyyət çəkən vətəndaşlarımız və onların valideyinləri dərdləriylə baş başa qalıb. Kimə müraciət edəcəkləri konkret bir ünvan belə yox. Aidiyyatı instansiyalar isə reallıqda yox, kağız üzərində hesabatlar verməklə məşğuldurlar. Azərbaycanı məhvə sürükləyənlər də onlardır...
11-12-2021, 15:57
Вернуться назад