DataLife Engine / VƏTƏN SAVAŞInın 713 həqiqəti

VƏTƏN SAVAŞInın 713 həqiqəti

VƏTƏN SAVAŞInın 713 həqiqəti

VƏTƏN SAVAŞInın 713 həqiqəti

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ Anım tədbiri keçirildi

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən ŞƏHİDLƏRİMİZİN Ruhlarına ehtiram əlaməti olaraq 713 saylı hərbi hissənin Qaziləri anım tədbiri keçiriblər. Məlumat üçün bildirək ki, 701 saylı briqadanın tərkibinə daxil olan 713 saylı hərbi hissədən qanlı döyüşlərdə hərbi hissənin komandiri mayor Süleyman Əhmədov,, hərbi hissənin qərargah rəisinin müavini Mehdi Rüstəmov, ikinci bölüyün komandiri Vaquf Quliyev və onlarla qəhrəman döyüşçü Vətən uğrunda Şəhid olublar.

Anım tədbirində 713 nömrəli hərbi hissənin şərəfli döyüş yolu keçmiş zabit və əsgərləri iştirak ediblər!

Adıçəkilən hərbi hissənin Qaziləri Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərimizin, o cümlədən 713 saylı hərbi hissədən olan səngər yoldaşlarının xatirələrini bir dəqiqəlik sükutla yad etdikdən sonra . Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.

Şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım tədbirində bağlı 713 saylı hərbi hissənin ikinci bölüyünün komandiri, kapitan Ədalət Mustafayev 701 saylı alayın komandiri olmuş, hazırda ehtiyatda olan polkovnik Əzizağa Qənizadəyə raport verib.

VƏTƏN SAVAŞInın 713 həqiqəti


Bundan sonra 713 saylı hərbi hissəyə daxil olan 3-cü bölüyün komandiri Budaq Nəsibov Şəhidlərin ruhuna sayğı əlaməti olaraq Onların adlı siyahısını oxumuşdur.
VƏTƏN SAVAŞInın 713 həqiqəti

Azərbacan Silahlı Qüvvələrinin ilk hərbi briqadasının komandiri, Kəlbəcərin qorunub saxlanılmasında, Laçının və Ağdərənin düşmən tapdağından azad edilməsində, korpus komandiri kimi Beyləqan və Füzuli istiqamətində uğurlu əks-hücum əməliyyatının aparılmasında qəhrəmanlıqlar göstərən general mayor Zadir Rzayevdən sonra 701 saylı briqadanın komandiri olmuş, Müharibə Veteranları Beynəlmiləlçi Hərbçilər Birliyinin sədri polkovnik ƏZİZAĞA QƏNİZADƏ anım tədbirindəki çıxışında dövlətimizin varoluşunda Şəhidlərimizin xidmətini dilə gətirməklə xalqımız tərəfindən Onların Ruhunun daim uca tutulduğunu vurğuladı: "44 günlük müharibə ordu ilə xalqın birliyini bir daha ortaya qoydu. Azərbaycan silahlı qüvvələrinin Baş Komandanı cənab İlham Əliyevin "dəmir yumruq" siyasəti düşmənə layiqli zərbəni endirdi. Qarabağ savaşı uğrunda canını fəda edən Şəhidlərimizin də Ruhu şad oldu. Bu gün anım düzülüşünə toplandığımız 713 saylı hərbi hissədən olan Şəhid qardaşlarımız da bizimlə birgə qələbə sevincini yaşamaqdadılar. 713 saylı hərbi hissə 1992-ci ildə Laçın və Ağdərə istiqamətlərində bir çox uğurlu əməliyyatlar keçirmiş, Vətənimizin azadlığı uğrunda qeyri bərabər döyüşlərdə misilsiz xidmətlər göstərmişlər. Bu gün biz torpaqlarımızı işğaldan azad etməklə başda müzəffər Ali Baş Komandanımız olmaqla bütün ordumuz, bütün xalqımız Şəhidlərimizə, Şəhidliyimizə olan vəfa borcumuzu ortaya qoyduq. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin! Eşq olsun Azərbaycanın rəşadətli ordusuna!.

VƏTƏN SAVAŞInın 713 həqiqəti

Polkovnik Əzizağa Qənizadənin fikirlərilə həmrəy olduğunu bildirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri, 713 saylı hərbi hissənin qərargah rəisi olmuş kapitan FÜZULİ RZAQULİYEV anım düzülüşündə Qarabağ uğrunda gedən savaşın tarixinə nəzər yetirib türklərə münasibətdə ermənilərin daim nifrət bəsləmələrindən söz açdı:

VƏTƏN SAVAŞInın 713 həqiqəti
VƏTƏN SAVAŞInın 713 həqiqəti
VƏTƏN SAVAŞInın 713 həqiqəti
VƏTƏN SAVAŞInın 713 həqiqəti



"Mən Bu gün tarix YARADAN kişilər, köhnə döyüşçülərimlə bir yerdə olmaqdan böyük qürur hissi keçirirəm. Sizlərlə fəxr edirəm. Bu gün bizlər dövlətimizin ayaqda durmasına görə ilk növbədə Şəhidlərimizə borcluyuq. O Şəhidlər ki, Onların sırasında 713 saylı hərbi hissənin də 36 Şəhidi var. Bu gün 44 günlük müharibədə yurdumuzun azadlığına doğru uzanan, sıldırım qayalardan keçən yolun başlanğıcı 1992-ci illərdən başlamışdı. Ermənilər ruslar və farslar tərəfindən Cənubi Qafqazda yerləşdiriləndən sonra tarixi torpaqlarımız hər zaman bu mənfur düşmənin hədəfində olub. İki əsrdən artıq bir müddətdə ermənilər "Böyük Ermənistan" xülyası uğrunda öz hamilərinin köməyilə türk torpaqlarınının zəbt edilməsi uğrunda əxlaqsız siyasət yürüdüblər. Çox təəssüf ki, beynəlxalq güclər də daim onların yanında olublar. Bu mənada 44 günlük müharibədə haqqın bərpası üçün beynəlxalq güclərin etmədiklərini rəşadətli ordumuz etdi, Ali Baş Komandanımız cənab İlham Əliyevin "dəmir yumruğu"öz sözünü dedi. Və bu mübarizədə Vətən torpağını öz qanıyla sulayan Şəhidlərimiz oldu, bu yurd uğrunda hər an canını fəda etməyə hazır olan Sizin kimi qazilərimiz oldu. Allah o Şəhidlərimizə rəhmət eləsin. Millətimiz, dövlətimiz var olduqca Şəhidlərimiz bizimlədir".

VƏTƏN SAVAŞInın 713 həqiqəti

Tədbirdə çıxış edən 713 saylı hərbi hissənin ikinci bölüyünün komandiri kapitan ƏDALƏT MUSTAFAYEV LAÇIN rayonunun 42 kəndini düşmən tapdağından azad edən, Ağdərənin bir neçə kəndinin azad edilməsində birbaşa iştirak edən 713 saylı hərbi hissənin keçdiyi döyüş yoluna daha ətraflı nəzər salmış, Şəhidlərin adlarının əbədiləşdirilməsi, eləcə də Qazilərin haqlarının bərpası istiqamətində gərəkən addımların atılmasının vacib olduğunu vurğuladı: "713 saylı hərbi hissənin şəxsi heyətinin üzvləri yaşlarından asılı olmayaraq hər zaman Vətənin müsəlləh əsgəri olaraq bütün çağırışlara bu gün də hazırdır. 44 günlük müharibə zamanı Ali Baş Komandanın çağırışına ilk səs verənlər sırasında bizim 713 saylı hərbi hissənin olmasından mən bu gün də qürur hissi keçirirəm. Hərbi hissəmizin əsgər və zabitləri olan keçmiş döyüşçülər dərhal Laçın rayon hərbi komissarlığında qeydiyyata düşüb döyüşə hazır olduqlarını bildirdilər. Hərbi hissəmizdə üstündən illər ötsə belə bu gün də hərbi nizam-intizam qaydaları qorunmaqdadır. Səngər yoldaşlarımızın, qan qardaşlarımızın doğum və Şəhid olduqları günün qeyd edilməsi, Şəhid qardaşlarımızın mübarək məzarlarını həmin günlərdə mütləq ziyarət edilməsi artıq bizdə bir ənənəyə çevrilib. Biz Şəhid qardaşlarımızın ailələri, övladları, yaxınlarıyla bir ailə kimi dərdimizi də, sevincimizi də bir bölürük. Tanrı bizim belə birliyimizi, millətimizin bütövlüyünü, dövlətimizin varoluşunu hər zaman qorusun".

Tədbirin sonunda 713 saylı hərbi hissənin Qaziləri Şəhidlər Xiyabanını ziyarət etdilər.


Müşfiq Rəhimov
Tv 713.az
12-12-2021, 00:30
Вернуться назад