DataLife Engine / Rusiya sərhəd üçün bu xəritəni təklif edib - Yeqoyan

Rusiya sərhəd üçün bu xəritəni təklif edib - Yeqoyan




Rusiya sərhəd üçün bu xəritəni təklif edib - Yeqoyan

Biz Azərbaycan SSR və Ermənistan SSR-in təsdiq etdiyi 1926-cı ilı xəritəsinə güvənirik.

Tv 713 .az xəbər verir ki, bu sözləri Mülki Müqavilə Partiyasından olan deputat Arman Yeqoyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yalnız Rusiya Baş Qərargahında olan çoxsaylı xəritələr var:

“Hazırda sərhəddə stabillik üçün bizə Baş Qərargah tərəfindən 1974-cü ildə hazırlanmış xəritə təklif edilib.

Bundan sonra dəyişikliklər olsa da, qeydə alınmayıb. Aradan keçən vaxt ərzində dəyişiklik olub, amma bəzi yerlərdə Məsələn, Qaragöldə, Tavuşda kolxozlar səviyyəsində dəyişiklik baş verib”.

Qeyd edək ki, N.Paşinyan da “bəzi yerlərdə kolxoz səviyyəsində” dəyişiklik olduğunu bildirmişdi. Bu, daha çox Qazaxın 80-ci illərin ortalarında verilən 3 min hektar ərazisi ilə 7 kəndin Azərbaycandan ayrı düşməsinə aiddir.

Onu da bildirək ki, Ermənistanın “güvəndiyi” 1926-cı il xəritəsi haqda heç bir məlumat yoxdur.
17-12-2021, 02:05
Вернуться назад