DataLife Engine / Övladlığa götürmə qaydasına dəyişiklik edilir

Övladlığa götürmə qaydasına dəyişiklik edilir



Övladlığa götürmə qaydasına dəyişiklik edilir

Azərbaycanda övladlığa götürmə qaydasına dəyişiklik təklif edilir.

Tv 713. .az xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir:

“Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.

Məcəllənin hazırkı bəndi isə belədir:

“Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur”.
17-12-2021, 13:30
Вернуться назад